İlan problemi – həkimlə müsahibə

Son vaxtlar paytaxtda, eləcə də regionlarda ilanlarla bağlı şikayətlər artıb. Əhali bu il ilanların daha tez aktivləşdiyini və aqressiv olduqlarını bildirirlər.

Şirkətimizə çoxsaylı müraciətlər daxil olur. Əməkdaşlarımız hər gün müxtəlif ərazilərdən ilan tuturlar.

Problemlə bağlı Canlı Sistemlərinin Tədqiqi İnstitutunun “Quru onurğalıları” laboratoriyasının müdiri Təvəkkül İsgəndərovdan müsahibə aldıq. Bildirdi ki, ilanlarla rastlaşma halı çoxalsa da, bu onların artması demək deyil:

“İlanlar artmayıb, nə də ki, aqressivləşməyib. İlan olan ərazilərdə insanlar artıb. Həm ilanların qış yuxusundan oyanma vaxtıdır. Havanın temperaturunun təxminən +15-16 dərəcə olması yetərlidir ki, ilanlar qış yuxusundan oyansın. Martın sonlarından başlayaraq ilanlar oyana bilər. Yemlənmək üçün ətraf ərazilərə yayılırlar. Bu proses havanın temperaturu ilə əlaqədar olaraq mayın sonlarına kimi gecikə bilər”.

Ekspert qeyd edir ki, insanlar yaşayış və fəaliyyətləri üçün ilan yaşayan yerlərə müdaxilə edirlər:

“İnsanlar demək olar ki, ilanlarla birlikdə yaşayırlar. İnsanların həm təsərrüfat işi üçün, həm də gəzintiyə çıxmaqla bağlı fəallığı artıb. Beləcə ilanlarla tez-tez rastlaşırlar”.

Ekspert bildirir ki, ilanlar özlərini müdafiə etmək üçün insanları sancır. İlan gördükdə ona hücum etməməyi, mütəxəssislərə müraciət etməyi tövsiyə edir.

Related Blog