Seminarın əsas məqsədi tibbi tullantıların düzgün çeşidlənməsi, toplanması, daşınması və zərərsizləşdirilməsi sahəsində bilik və bacarıqların artırılmasıdır.
Tədbirdə səhiyyə müəssisələrinin nümayəndələri, məsul şəxslər və sahə üzrə mütəxəssislər iştirak etdilər.
Seminar zamanı tibbi tullantıların ətraf mühitə və insan sağlamlığına mümkün təsirləri, mövcud qanunvericilik tələbləri müzakirə edildi.
Çıxış edən mütəxəssislər tibbi tullantıların idarə olunmasında sanitariya mədəniyyətinin formalaşdırılmasının vacibliyini vurğuladılar.
Bu sahədə maarifləndirmə tədbirlərinin əhəmiyyəti qeyd edildi.
Seminarda həmçinin Sanitariya Epidemioloji Xidmətlər MMC-yə məxsus məhsulların bir hissəsi nümayiş etdirildi.
Növbəti seminarlarda görüşənədək.