Tibbi tullantılar
Tibbi tullantıları vaxtında məhv edin. Yoxsa onlar sizi məhv edər.
Tibbi tullantılar minaya bənzəyir. Onları vaxtında zərərsizləşdirməsək, bizi məhv edər. Təsəvvür edin ki, hepatit xəstəsinə vurulan iynənin şpris ucluğu təsadüfən əlimizə, yaxud ayağımıza bata. Yaxud aktiv koronavirus xəstəsinin istifadə etdiyi tibbi maskalar ətrafımızda ola. Bu bizim həmin xəstəliklərə yoluxmağımıza real təhlükədir.
Xüsusilə pandemiyadan sonra çoxlu sayda tibbi vasitələrdən, maska və dərman preparatlarından istifadə olunmağa başlandı. Həmin vasitələrdən yaranan tullantılar ekologiyaya zərərli olmaqla yanaşı, insanların infeksion xəstəliklərə yoluxmasına səbəb olur. Epidemioloji və toksikoloji təhlükəlilik dərəcəsinə görə tibbi tullantılar dörd sinfə bölünür:
A sinfi – MPM-in (müalicə profilaktika müəssisələri) təhlükəsiz tullantıları;
B sinfi – MPM-in təhlükəli tullantıları;
C sinfi – MPM-in xüsusi təhlükəli tullantıları;
D sinfi – MPM-in tərkibinə görə sənaye tullantılarına yaxın olan tullantıları.
Ətraf mühitə zərər dəyməməsi üçün tibb mərkəzlərində, eləcə də digər ərazilərdə istifadə olunan tibbi tullantılar daim nəzarətdə olmalı, davamlı olaraq təmizlənməli, toplanaraq xüsusi qurğularla zərərsizləşdirilməlidir.
“Sanitariya Epidemioloji Xidmətlər” MMC 2017-ci ildən fəaliyyətə başlayıb. Şirkət dezinfeksiya (yoluxucu virus, bakteriya, göbələklər və digər mikroorqanizmlərə qarşı mübarizə tədbirləri), dezinseksiya deratizasiya və digər xidmət sahələri üzrə ölkənin qabaqcıl şirkətlərindən biridir.