Məhsullar

Gəmirici Yemləmə Monitoru

“Monitor” adlanan bu tələ yemləmə üçün nəzərdə tutulmuş qara qutudur. İçərisinə zəhərli qida yerləşdirilir. Gəmiricilər tələni yuva bilərək içəri daxil olur və zəhərlə təmasda olduğu üçün onunla qidalanıb zəhərlənirlər.

Gəmirici Yaxalama Tələsi

Gəmiriciləri canlı yaxalamaq üçündür. Kiçik gəmiricilər (siçanlar və s.) üçün nəzərdə tutulub. Siçan içəri daxil olur, qapı özü bağlanır və çölə çıxa bilmir. Tələnin içinə gəmiricini təhlükəsiz uzaqlaşdırmaq üçün xüsusi yapışqan lövhə yerləşdirilir.

Ayaqalti Dezinfeksiya Xalçasi – Paspas

Virus və bakteriyaların çoxu ayaqqabılarda yayılır. Onları da dezinfeksiya etmək lazımdır. Bunun üçün xüsusi kiçik xalçadan (paspas) istifadə olunur. Paspas ayaqqabıda gələn viruslar, bakteriyalar, kif, maya göbələyi və digərlərinə qarşı təsirli vasitədir. Onun üzərinə müəyyən miqdarda xüsusi dezinfeksiyaedici maye tökülür. Mayeni udur. Paspasa ayaq basdıqda maye ayaqqabının altına toxunaraq onu dezinfeksiya edir. Paspas yumşaqdır və asan yuyulub təmizlənir.

YAĞ TUTUCU

Yağ tutucu cihaz mətbəxinizdə kanalizasiya xətlərini tutulmaqdan qoruyur. Onları vaxtaşırı təmizlədin. Kütləvi müştərilərə xidmət göstərən məkanlarda qab yuma cihazlarında çoxlu miqdarda yağ, piy, tullantı qalıqları yığılır ki, bu da tez-tez kanalizasiya xətlərinin tutulmasına səbəb olur. Bu problemin ən asan yolu Separator-yağ tutucudan istifadə etməkdir. Bu cihaz restoran mətbəxlərində kanalizasiya xəttinə
qoşularaq yağların və bərk tullantıların sistemə daxil olmasının qarşısını alır.

Bu avadanlıq sayəsində kanalizasiya sistemi həmişə etibarlı mühafizə altında olur. Ölçüsündən asılı olmayaraq hər bir yağ tutucusunun vaxtaşırı təmizlənməsi lazımdır. Avadanlıqlara qulluq, yağ və mexaniki tullantıların cihazdan çıxarılmasından ibarətdir. Piy çöküntüsü suda həll olunmayan və təbiətə ciddi ziyan vura bilən IV sinif təhlükəli tullantılara aiddir. Bunun qarşısını almaq üçün mütəmadi olaraq yağ tutucularından istifadə edilməli və yığılan piyin lisenziyalı şirkət tərəfindən lazımi qaydada xüsüsi poliqonda utilizasiyası həyata keçirilməlidir. Sanitariya.az şirkəti IV sinif tullantıların yığılması və daşınması üçün lisenziyaya malikdir. Biz təmizləyici avadanlıqlar üzrə ixtisaslaşmışıq. IV sinif tullantıların utilizasiyasını ekoloji standartlara uyğun həyata keçiririk və bunun üçün poliqonla müqaviləmiz də var. Utilizasiya aktları da təqdim edirik.

[wpforms id=”1871″ title=”false”]

Xidmətlər

Copyright @ 2023 Sanitariya.az