Korporativ Təmizlik

Divan /Kreslo /Stul

Yumşaq mebellər (kreslo, divan, stul) daimi istifadə olunduğu üçün tez çirklənir. Çirki, tozu, məkanda olan nəmliyi özünə çəkir. Kresloların və divanların rəngi
dəyişir. Həm estetik, həm də gigiyenik cəhətdən arzuolunmaz mühit yaranır. Bu da onların təmizlənməsini vacib edir. Problemin yerindəcə həll olunması bir başqa rahatlıqdır.

Şirkətimiz yumşaq mebellərin təmizliyini yerindəcə həyata keçirir. Mebellərin təmizlənməsi prosesi bitdikdən sonra iki mühərrikli vakuum avadanlığı ilə qurudulur.

Matras Təmizliyi

Rahat və təmiz yataq yuxunun
keyfiyyətinə təsir edən əsas
amillərdəndir. Ona görə də matras və yatağın təmizliyi daim diqqət
mərkəzində olmalıdır.

Matraslar toz, kir və qoxuları udmaq qabiliyyətinə malikdir.
Şirkətimiz matras və yatağın kimyəvi təmizliyini yerindəcə həyata keçirir.

Bəzən parçadan asılı olaraq bəzi ləkələr tam getməyə bilər. Bu sizi
narahat etməsin. Yatağınızda olan və insan sağlamlığına mənfi təsir göstərən çoxsaylı yataq gənələri və digər zərərli mikroorqanizmləri gözlə görsəniz, ləkə heç yadınıza düşməz. Ən əsası odur ki, yatağınız gigiyenik baxımdan təmizdir.

PƏRDƏ, JALÜZ təmizliyi

Pərdələr məkanın yaraşığıdır. Zərif və təmiz pərdələr isə interyerin gözəlliyinə gözəllik qatır. Bunun üçün pərdə və jalüzlərin
təmizliyi diqqət mərkəzində olmalıdır. Məlumdur ki, pərdələr vaxtaşırı tozlanır və
çirklənir.

Jalüzlərin təmizlənməsi daha çətindir. Sanitariya Epidemioloji Xidmətlər MMC
evlərdə, restoranlarda, otellərdə, tibb, tədris və digər müəssisələrdə bütün növ pərdə və jalüzlərin təmizlənməsi xidmətini həyata keçirir. Bizim özəlliyimiz təmizliyi yerindəcə etməyimizdir.

KAFEL METLAX

Kafel və metlaxlar müxtəlif
səbəblərdən tez-tez çirklənməyə məruz qalır. Üzərinə su, yağ və digər ləkələr düşür. Kafellərin aralıqları zaman keçdikcə qaralmağa başlayır. Nəm yerlərdə bu aralıqlarda göbələklər yığılır. Həmçinin təmirdən sonra müxtəlif ləkələr yaranır.

Şirkətimiz içtimai hamamlar, fitnes-idman zallarının sanitar qovşaqları və duşları, klinikalarda əməliyyat otaqları, sanitar qovşaqları, restoran və otellərin mətbəxləri və s. məkanların kafel və metlax hissələrində təmizlik və dezinfeksiya işləri həyata keçirir.

ALPİNİST ŞÜŞƏ TƏMİZLİYİ

Fasad şüşələri binaların xarici görkəmində mühüm əhəmiyyət kəsb edən hissədir. Bu baxımdan şüşələrin təmizliyi xüsusi önəm daşıyır. Şüşələr toz, yağıntı və s. amillərin
təsirindən vaxtaşırı çirklənir.

Məlumdur ki, çoxmərtəbəli binaların çöldən təmizliyi çox çətin və təhlükəlidir.
Şirkətimizin peşəkar komandası xüsusi avadanlıq və alpinist qurğuları
vasitəsilə hündürlüyündən asılı olmayaraq bütün binaların, eləcə də fərdi evlərin fasadlarının təmizliyini həyata keçirir. Təmizliyə binaların daxili və fasad pəncərələri, çərçivələr və digər hissələri daxildir. Şüşələrinizin təmizliyi bizlik, dünyaya şəffaf aynadan baxmaq sizlikdir.

EFT YAPIŞQANLI MİLÇƏK TƏLƏSİ

Elektrikli və yapışqanlı həşərat tutucu. Məhsuldan ISO və HASP standartlarına əsasən qida istehsalı sahələrində, restoranlarda, otellərdə, marketlərdə, şirniyyat yerlərində milçək və digər uçan həşəratları tutmaq üçün istifadə olunur.

Cihazın içindəki yapışqan lövhələrə ultrabənövşəyi işıq vasitəsilə cəlb edilərək milçəklər yaxalanır. Yapışqanlı lövhələr orta hesabla 30 gündən bir, lampalar isə 6 aydan bir dəyişdirilməlidir. Lampalar 6 ay sonra işıq saçsa da ultrabənövşəyi şüası olmadığı üçün milçəkləri cəlb etmir. Cihaz yerdən 2,5 metr yüksəklikdə asılmalıdır.

Qida istehsalı sahələri üçün nəzərdə tutulmuş cihazlarda təhlükəsizlik baxımından teflon örtüklü lampalardan istifadə edilir.

Please enable JavaScript in your browser to complete this form.
Ad Soyad

Xidmətlər

Copyright @ 2023 Sanitariya.az