Yazda evə qarışqaların gəlişi problemi

Yazda evə qarışqaların gəlişi. Problemin həlli yolları.

Yazda qarışqa problemi

Yazın gəlişi ilə birlikdə temperaturun yüksəlməsi və təbiətin canlanması təkcə insanlara deyil, həşəratlara da təsir edir. Xüsusilə qarışqalar bu dövrdə daha aktiv olur və qida axtarışı üçün evlərə daxil olmağa başlayır. Bu problem bir çox ev sahibi üçün narahatlıq yaradır. Bu yazıda problemin səbəblərini və effektiv həll yollarını izah edirik.

Qarışqalar yazda niyə evə girir?

Qarışqaların əsas məqsədi qida və su tapmaqdır. Yaz aylarında koloniyalar genişlənir və yeni qida mənbələri axtarılır. Evdə açıq qalan qidalar, şəkərli məhsullar, qırıntılar və hətta ev heyvanlarının yemləri qarışqalar üçün cəlbedici olur. Kiçik çatlar, pəncərə və qapı boşluqları onların evə daxil olması üçün kifayətdir. Evə bir qarışqa gəlirsə, onun ləpirlərinin qoxusu ilə digərləri gəlir. Beləcə bütöv koloniya evə daxil olur.

Qarışqlar təhlükəlidir?

Qarışqalar adətən birbaşa təhlükəli olmasa da, qida üzərində gəzdikləri üçün gigiyena baxımından risk yarada bilərlər. Xüsusilə mətbəx mühitində onların olması bakteriya yayılmasına səbəb ola bilər. Belə ki, həşəratlar çirkli səthlərdə gəzdikdən sonra mətbəxdə qidaların üzərində gəzirlər. Beləcə bakteriyaları nəql edirlər.

Qarışqa problemini qarşısını necə almaq olar?

Qarışqa problemin qarşısını almağın ilk addımı təmizliyə diqqət etməkdir. Mətbəxdə və digər otaqlarda qida qalıqlarını saxlamamaq vacibdir. Masaları, döşəmələri mütəmadi silin və qida məhsullarını qapalı qabda saxlayın.

Qarışqaların giriş nöqtələrini bağlayın. Divarlarda, pəncərə kənarlarında və qapı altlarında olan çatları silikon və ya xüsusi materiallarla bağlamaq qarışqaların girişini çətinləşdirir.

Təbii vasitələrdən istifadə edin.

Sirkə, limon suyu və darçın kimi maddələr qarışqaları uzaqlaşdırmaqda kömək edə bilər. Bu vasitələri giriş nöqtələrinə tətbiq etmək effektivdir.

Peşəkar dezinseksiya xidməti

Əgər problem geniş yayılıbsa və evdə qarışqa koloniyası yaranıbsa, peşəkar xidmətə müraciət etmək daha doğru seçimdir. Sanitariya.az kimi ixtisaslaşmış şirkətlər təhlükəsiz və effektiv dərmanlama üsulları ilə problemi kökündən həll edir. Bizə müraciət edin təhlükəsiz və rahat yaşayın.

Copyright @ 2023 Sanitariya.az