yumsaq mebellerin temizlenmesi

Yumşaq mebellərin kimyəvi təmizlənməsi

Yumşaq mebellərin təmizlənməsi

Yumşaq mebellər (kreslo, divan, stul) daimi istifadə olunduğu üçün tez çirklənir. Çirki, tozu, rütubəti özünə çəkir. Üzərinə günəş şüası düşdükdə bozarır, parçası, dərisi, taxtası, lakları və üzlük lifləri zərər görür. Siqaret tüstüsünü, yeməklərin qoxusunu özünə çəkir. Bədən təri, dərinin və saçın yağı mebelin parçasını çirkləndirir. Mebelə içkilər  və yemək tökülür. Hələ uşaqlı evlərdə balacaların rəngli boyaları, mürəkkəb, qələm, karandaşlar mebellərin üzərində rəsm yaradır. Həmçinin müxtəlif boyalar, kosmetik vasitələr, dırnaq lakı və s. təhlükəsi də var. Ev heyvanları bəslənən yerlərdə yumşaq mebellərin üzərinə heyvanın tükü və küçədən gətirdiyi mikroblar da əlavə olunur. Heyvanlarının ifrazatı da qaçılmazdır. Bu halda xoşagəlməz mənzərə və qoxular yaranır. İctimai iaşə müəssisələrində, restoranlarda, otellərdə, tibb və təhsil müəssisələrində insanların böyük axını mebellərin daha tez çirklənməsinə səbəb olur. Mebeli yenisi ilə əvəz etmək isə məsrəfdir.

Mebel az istifadə olunsa da, kir və toz hissəciklərinin təsiri üzlük parçasındakı liflərin aşınmasına səbəb olur. Üzlüyün rəngi dəyişir. Həm estetik, həm də gigiyenik cəhətdən arzuolunmaz mühit yaranır. Bu da onların təmizlənməsini vacib edir. Təmizlənmə mebellərin ömrünü artırır. Mikroblara qarşı mübarizə aparmaqla insan sağlamlığına xidmət edir. Məkanda ləkəsiz, gözəl görünüş yaradır. Həm də büdcəyə qənaət olur.

yumsaq mebellerin temizlenmesi

 

Yumşaq mebellərin təmizlənmə üsulları

Yumşaq mebelin əl ilə təmizlənməsi çox vaxt aparan prosesdir. Nəzərə alınmalı olan əsas nüans mebelin üzərindəki materialın növüdür. Bütün üzlüklüklər eyni deyil. Divanın, kreslonun səthindəki tozu tozsoranla təmizlədikdən sonra su və yuyucu vasitənin qarışığını parça yaxud kağız dəsmala çəkin, üzlük parçasını silin. Təmizləyərkən parçanı çox islatmayın ki, rütubət tez qurusun. Mebelin metal hissələrinə su vurmayın.

Bəzi üzlükləri spreylə təmizləmək effektivdir. Ev heyvanlarının qoxusunu mebeldən çıxarır. Ancaq parçaya zərər verməyəcəyinə əmin olmalısınız. Bunun üçün spreyi əvvəlcə üzlüyün görünməyən hissəsində sınayın.

Buxarla təmizləmənin effekti də parçadan asılı olaraq dəyişir. Mebelin təmizlənməsi üçün istehsalçı təlimatı yoxdursa,  üzlüyün görünməz hissəsində yoxlayın.

Mebelinizin çıxarıla bilən örtükləri varsa, onları paltaryuyan maşında yuya bilərsiniz. Rənglərin qarışmasının və ya axmasının qarşısını almaq üçün yuma və qurutma təlimatlarına əməl edin. Əldə yuduqda soyuq su istifadə edin.

Mebelə maye tökülübsə, maye udulmamış nəmliyi ağ, quru parça və ya kağız dəsmal ilə yumşaq şəkildə silin. Yeni bir dəsmal istifadə edərək prosesi təkrarlayın.

Bərk maddələr töküldükdə qaşıqla və ya küt bıçaqla tökülən hissəni yavaş bir şəkildə götürün. Sonra yerini silin.

Quru maddələr töküldükdə (un, şəkər tozu, quru kosmetika, kül və s.) maye əlavə etməyin. Qalıcı ləkələrə səbəb ola bilər. Həmin hissəni tozsoranla çəkin.

 

Parça qulluğu və təmizləmə kodları

Hər mebelin özünün parça təmizləmə təlimatı var. Bu təlimatın kodlarına uyğun hərəkət edilməlidir. Mebel istehsalçılarının istifadə etdikləri beynəlxalq standart parça təmizləmə kodları aşağıdakılardır:

W – Sulu təmizləyici vasitələrdən istifadə edin.

S – Yumşaq, susuz təmizləyici istifadə edin.

WS – Sulu vasitə və ya yumşaq (susuz) təmizləyici istifadə edin.

X – Yalnız tozsoran və ya yumşaq fırçalama ilə təmizləyin.

 

Mebellərin təmizlənmə tezliyi

Yumşaq mebellər həftədə 1 dəfə tozsoranla, 6 aydan bir olmaqla, ildə 2 dəfə isə peşəkarcasına təmizlənməlidir. Xüsusi hallarda daha tez ola bilər.

 

Peşəkar mebel təmizliyinin üstünlükləri

Yumşaq mebelləri məişət tozsoranı ilə təmizlədikdə yalnız üst təbəqə təmizlənir. Toz onun içinə nüfuz edir və orada toz gənələri çoxalır. İnsan çoxluğu və ya yoluxucu xəstəliklərin olduğu yerlərdə mebel üzlüklərində viruslar və bakteriyalar toplanır. Onları tozsoran ilə təmizləyə bilməzsiniz. Məişətdəki kimyəvi maddələrlə və ya yuyucu tozsoranla təmizlədikdə qalan nəm yavaş-yavaş buxarlanır. Bu da allergiyaya meyilli insanlar üçün çox təhlükəlidir.

Təmizlik şirkətinin mütəxəssisləri mebeli dərindən təmizləməyə imkan verən xüsusi avadanlıqdan istifadə edirlər. Əvvəlcə məhsul yoxlanılır, ləkələrə və üzlüyün növünə uyğun təmizləyici vasitə seçilir.  Vasitə səthə çəkilir və sonra kirlə birlikdə böyük təzyiqlə dərindən təmizlənir. Sonra qurutma avadanlığı ilə qurudulur. Bir neçə saatdan sonra yumşaq mebel istifadə edilə bilər.

Problemin  yerindəcə həll olunması bir başqa rahatlıqdır. Şirkətimiz yumşaq mebellərin təmizliyini yerindəcə həyata keçirir. Bu və ya digər xidmətlərimiz haqda məlumat almaq üçün xidmətlərimiz hissəsinə keçid edə bilərsiniz.

Related Blog