Yangin-təhlukəsizliyi-qaydalari

İctimai iaşə – yanğın təhlükəsizliyi qaydaları

This image has an empty alt attribute; its file name is image.png

      X Ə B Ə R D A R L I Q                                                 

          “Yanğın Təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanunu (çıxarış)

Maddə 21.   Yanğın təhlükəsizliyi sahəsində işlərin görülməsi və xidmətlərin göstərilməsinə aiddir;

maddə 21.8.yanğından qoruma və boru-soba işləri

           “Azərbaycan Respublikasında Yanğın Təhlüəsizliyi” Qaydaları (çıxarış) 

Maddə 1.5  … elektrik şəbəkələrinin, isitmə sistemlərinin və s. yanğın təhlükəsizliyinə cavabdeh şəxslər müəssisənin rəhbəri tərəfindən xüsusi əmrlə təyin edilməlidir.

6.3. İşin sonunda təyinatdan asılı olmayaraq, nəzarət olunmayan bütün otaqlarda elektrik qurğuları və cihazları (növbətçi və qəza işıqlandırmaları, avtomatik yanğınsöndürmə qurğuları, yanğın və mühafizə siqnalizasiyası, eləcə də elektrik qurğuları istisna olunmaqla) növbətçi işçilər tərəfindən dövriyyədən açılmalıdır.

Maddə 7. İstilik və ventilyasiya sistemlərinə dair yanğın təhlükəsizliyi tələbləri     

7.2. Yanar konstruksiyalarla sobalar, onların elementləri və digər istilik cihazları arasında yanğına qarşı (arakəsmə) qoruyucu hörgü, arakəsmə, mərtəbə arası örtüyün və tavanın yanar konstruktiv elementlərini yanğından qorumaq üçün baca yanlarına hörülən kərpic qatının ölçüləri mövcud tikinti norma və qaydalara uyğun olmalıdır.

7.3. İsitmə mövsümü başlanmazdan qabaq sobalar və tüstü bacaları qurumdan təmizlənməlidir, eyni zamanda bütün isitmə mövsümü ərzində;

–     mətbəx plitələri və diğər fasiləsiz yandırılan sobalar ən azı ayda bir dəfə təmizlənməlidir.

9.1. Yanğın siqnalizasiyasına və yanğınsöndürmə avtomatik qurğularına, tüstüyə qarşı müdafiə, insanları yanğın haqqında xəbərdaretmə və köçürmənin idarəetmə sistemlərinə texniki xidmət və planlı-ehtiyat təmiri üzrə işlər, onları istehsal edən zavodların texniki sənədlərinin tələbləri nəzərə alınmaqla tərtib edilmiş illik plan-qrafikə və təmir işlərinin keçirilməsi müddətlərinə uyğun olaraq, həyata keçirilməlidir.

              “Ticarət, İctimai İaşə müəssisələri, yarmarkalar, baza və anbarlar üçün

                yanğın təhlükəsizliyi”  Qaydaları  (çıxarış)

Maddə 3. Ticarət (xidmət) fəaliyyətinə olan ümumi tələblər

3.3.7. …ictimai iaşə müəssisəsində sobaların yandırılması, isitmə qurğularının istismarı yanğın təhlükəsizliyi qaydalarını bilən və ona ciddi əməl edən, xüsusi olaraq bu iş üçün ayrılmış şəxslər tərəfindən həyata keçirilməlidir

3.3.13. Hər sobanın odluq gözünün qabağında taxtadöşəmənin üzərinə ən azı 50×70 santimetr ölçüdə metal təbəqə vurulmalıdır

3.3.l5. …ictimai iaşə müəssisəsində və ya digər otaqlarda işin qurtarmasına ən azı 2 saat qalmış sobaların yandırılması dayandırılmalıdır

3.3.18. Sobaların istismarı zamanı qadağan edilir;

3.3.18.3. Sobaları alışdırmaq üçün benzin, ağ neft dizel yanacağından və asan alışan yanar mayelərdən istifadə etmək;

3.3.18.5. Müvafiq olaraq uyğunlaşdırılmamış sobaları kömür, kakos və ya qazla yandırmaq;

3.3.18.7. Ventilyasiya və qaz kanallarından sobaların və pilətələrin tüstü yolları kimi istifadə etmək.

3.4. Havadəyişmə sistemləri və tüstüyə qarşı qurğular

3.4.5. Hava yollarında yanğına qarşı sədlərin kəsişdiyi yerlərdə avtomatik alovdayandıran qurğuların (qapaqların) vəziyyətinə daima nəzarət olunmalıdır.

3.4.6. Avtomatik alovdayandıran qurğuların istismarı zaman aşağıdakılar zəruridir:

3.4.6.1 . Onların texniki vəziyyətini müntəzəm olaraq yoxlamaq;

3.4.7. …ictimai iaşə müəsisələrinin havadəyişmə sistemləri müstəqil olmalıdır

                                                                      “Sanitariya Epidemioloji Xidmətlər” MMC

Related Blog