taxtaqurdu problemi

Taxtaqurdu problemi – NƏ ETMƏLİ?

Evdə mebellərin, taxta qapıların, döşəmənin içərisindən gələn xırt-xırt səsləri eşidibsiniz? Bunun nə olduğunu bilmək istəyirsinizsə, bu yazını sona qədər oxuyun. Bu taxtaqurdunun səsidir. Bu çox kiçik qurdların 1600 növü var. Onlar adətən meşə ağaclarında yaşayırlar.

Taxtaqurdunun kəşfi

Taxtaqurdları ilk dəfə 1899-cu ildə rus bioloqu V. A. Karavayev tərəfindən kəşf edilmişdir və öyrənilmişdir. Bu onların qarşısının alınması üçün böyük bir addım olmuşdur.

Taxtaqurdunun xüsusiyyətləri

Onların 2 əsas xüsusiyyətləri var. Birinci xüsusiyyəti odur ki, onlara toxunduqda özlərini ölü halına salırlar. Bu da onların görünməsi və tapılması üçün çətinlik yaradır. Çünki nöqtə formasında olurlar. İkinci xüsusiyyətləri odur ki, onlar ağaclarla qidalandıqları üçün xırt-xırt səsləri gəlir, bu da insanları narahat edir. Ən böyük zərəri də taxta məmulatlarına olan zərəridir.

Ağacların kəsik, deşik olan yerlərindən daxil olurlar və bir daha oradan çıxmırlar. Onların qidalanması üçün taxtanın tərkibində azot tərkibli maddə vardır. Taxtanı yeyib orada da özlərinə kamera yaradıb içəridə qalırlar.

Taxtaqurdunun inkişaf dövrü bir aydır. Bir ayda hər bir taxta böcəyi 55 yumurta qoyur. Bu sürfələrdən çıxan qurdlar artdıqca taxtanı yeyirlər və içində çoxsaylı deşiklər əmələ gəlir.

Taxtaqurdunu məhv etmək niyə çətindir?

Ona görə ki, onlar taxtanı yedikdə özlərindən sonra qırıntılar əmələ gətirirlər. Bu qırıntılar “mədən qumu” adlanır. Bu qırıntılar taxtadan bayıra çıxır və görünür. Qurdlar 1 millimetr uzunluqda olmasına baxmayaraq özlərindən üç dəfə artıq qida yeyirlər. Qidalanma nəticəsində yaranan mədən qumu vasitəsilə öz yollarını bağlayaraq içəridə qalırlar.

İstehsalatda taxtaqurdu ilə mübarizə tədbirləri

Taxtalar istehsalata gedir. Taxtanın içərisindəki qurdların məhvi üçün istehsalatda bir sıra mərhələli tədbirlər həyata keçirilməlidir. Taxtalar dezinseksiyaedici maddələrdə islanmalıdır. Böyük kameralardan keçməlidir. Həm isti hava ilə işləyən kameralar var, həm də buxar vasitəsilə işləyən. Bu kameraların içərisində müəyyən müddət qaldıqdan sonra mebel istehsalına göndərilərsə, onlarda heç vaxt qurd xəstəliyi ola bilməz. Ancaq burada proses pozulursa, mübarizə tədbirlərinin hər hansı mərhələsi icra olunmazsa və beləcə mebel istehsalına göndərilərsə, bir qədər sonra həmin zərərvericilər yenidən artıb çoxalacaq. Xüsusilə də havanın temperaturu artdıqca taxtaqurdlarında inkişaf mərhələsi gedir. İnkişaf mərhələsi may ayından sentyabra qədər davam edir.

Evdə taxtaqurdu ilə mübarizə

Sakinlər özləri də evdə olan mebelləri təmizləməlidirlər. Bunun üçün skipidar və benzin məhlulunu qarışdırıb ildə 2 dəfə mebelləri silməlidirlər. Bu taxtada qurdun olub-olmamasından asılı olmayaraq edilməlidir. Ən effektiv üsul isə dezinseksiya tədbirləri həyata keçirən şirkətlərə müraciət etməkdir. Bunu Sanitariya Epidemioloji Xidmətlər MMC də həyata keçirir. Çünki vətəndaş özü mebellərin üzərini təmizləyə bilər. İçərisini isə qurdlardan təmizləyə bilmir. Şirkət əməkdaşları isə xüsusi şprislər vasitəsilə dezinseksiyaedici maddəni dəliklərə vurur. Dərmanlama bununla bitmir. Çünki, deşiklər açıq qalarsa, dərman buxarlana bilər. Bu zaman heç bir effekt verməyəcək. Ona görə də dərmanlandıqdan sonra deşiklər vazilin və yaxud da parafinlə örtülməlidir ki, o qurdlar içəridə qalıb məhv olsunlar.

İlk dərmanlamadan bir ay sonra təkrar baxış keçirilməlidir. Əgər xırt-xırt səsləri və taxtada zədələnmə, dəlik yoxdursa, deməli tam dezinseksiya olunmuşdur. Yəni qurdlarla yanaşı, sürfələr də məhv olub. Hər ehtimalla ikinci dərmanlama da aparılmalıdır. Bu profilaktik dezinseksiyadır.

Related Blog