Taxtabitilərə-qarsi-mubarizə

Taxtabitilərə qarşı mübarizə

Taxtabiti haqqında məlumat

Taxtabitilərə qarşı mübarizə – Gecələr evinizdə eşidilən xırt-xırt səslərinin nə olduğunu bilirsinizmi? Bu taxtabitinin sürfəsi olan taxta qurdunun fəaliyyətinin səsidir. O evdə olan taxta məmulatları yeməklə məşğuldur.

Taxtabitinin əlamətləri

Taxtabiti bədəni nazik ipək tüklərlə örtülmüş kiçik həşəratdır. Onun bədən forması yaşayış şəraiti ilə sıx bağlıdır. Növündən asılı olaraq 2-8 mm uzunluğunda olur. Yüzlərlə növü var. Azacıq yastı və ya oval gövdəyə sahibdir. Sarı, açıq və tünd qəhvəyidən qaraya qədər rəngdə növləri var. Sürfəsi isə ağ rəngdə olan taxta qurdudur.

Taxtabitinin həyat tərzi

Taxtabiti insanların yaşadığı yerlərdə mövcud olan həşəratdır. Yaşayış yerləri əsasən ağac məmulatlarının bol olduğu yerlər, meşələr və insan yaşayan məkanlardır. Antarktidadan başqa dünyanın hər yerində yaşaya bilir. 

Yetkin bir böcəyin həyatı cəmi iki həftə davam edir, bu müddət ərzində o əsasən gecə yaşayır və demək olar ki, yemir. Yedikdə də insanları dişləyir. İnsan dərisinin qırıntılarını xoşlayır.

Böcəklər əsasən yazın sonu, yayın əvvəli çıxırlar.

Taxtabitinin çox ağıllı özünümüdafiə taktikası var. Təhlükə hiss etdikdə özünü ölülüyə vurur. Ayaqlarını və başındakı buynuzlarını bədəninə möhkəm sıxaraq hərəkətsiz donur.

Taxtabitinin çoxalması

Taxtabiti yayın əvvəlində ağacdan ayrılır. Ağacı tərk etdikdən sonra yaşadığı iki həftəlik həyatında nəsil artırmaqla məşğul olur. Cütləşdikdən sonra dişilər taxta səthlərin çatlarında və yarıqlarında yumurta qoyur. 50 – 60 yumurtası olur. Yumurtalar 5-6 ədəd qrup halında olur. Oval formalı, ağ rəngdədir. Mikroskopik görünüşlüdür. Ölçüsü 0,5 mm-dən böyük olmur. Sürfələr bir neçə həftəyə yumurtadan çıxır.

Ziyankar sürfələr – Taxta qurdu

Taxta qurdları taxtabitinin sürfəsidir. Sürfələr texniki zərərvericilərdir. Onlar bütün taxta məmulatlarını yeyib un kimi edir. Sürfə yumurtadan çıxan andan odunu yeməyə başlayır və 5 mm-ə qədər böyüyür. Taxta divara, döşəməyə, mebelə, tirlərə, qida məhsullarına, dərman xammalına, kitablara ziyan vurur. Taxta qurdu  xəz də yeyir.

Sürfələr beş ilə qədər inkişaf prosesi keçə  bilir. Bu qədər uzun müddət ağacı  tam məhv etməyə imkan verir.

Onlara hər yerdə rast gəlmək olar. Əksəriyyəti qurumuş ağac və  göbələkləri seçir. Çox az rast gəlinən növləri var ki, iynəyarpaqlı ağacların və ya ot bitkilərinin gövdələrində məskunlaşır. Taxta qurdları quru ağaca zərər verir. Kiflənən və nəm yerlərdə ölür.

Sürfələrin sürətli böyüməsi üçün ağacdakı karbohidratın rolu böyükdür. Onlar təzə ağacı sevmirlər. 4 – 6 il yaşı olan ağac taxta qurdunu cəlb edir. Sürfələrin yaşaması üçün nisbi rütubət 12-60% arasında olmalıdır.

Sürfələr ağacın tam  içərisində olduğu üçün səthində görünmür. Onlar havasız da qalır. Buna görə də ağacın dərin qatlarında rahat yaşaya bilir.

Sürfələr taxta məmulatları bazarında sahibkarların mallarını yeyərək onlara daha çox ziyan vurur.

Taxtabiti və sürfəsinin olduğunu nədən bilmək olar?

Taxtabiti insanı dişləyərək qızartı və şiddətli qaşınmaya səbəb olur. Onlar evə ictimai nəqliyyatda, çantalarda, paltarlarda gəlir. Həmçinin otellərdə, istirahət mərkəzlərində yayılır.

Son vaxtlar taxtabitilər Fransa və Yunanıstanın istirahət zonalarında sürətlə yayılıb. Artıq Türkiyəyə də çatıb.

Taxta qurdunun mövcudluğu adətən taxtanın səthindəki dəliklər və  toz halına düşməsi ilə nəzərə çarpır. Dəliklərdə sarımtıl un kimi ovulmuş ağac qırıntısı görünür.

Taxtabitini necə məhv etmək olar?

Təcili tədbirlər görülmədikdə, sürfələr sürətlə çoxalır və  təsərrüfata ciddi zərər vurur. Taxta qurdu sürfələrini məhv etmək istəyirsinizsə, onları dondurun. Çünki şaxta onları məhv edir.

Digər mübarizə üsulu olaraq, taxta məmulatları əvvəlcədən azacıq yandırılmalı və qatranlanmalıdır. Əhəngləmək də xeyirlidir. Taxta səthlərini örtmək üçün antiseptik kimyəvi maddələrdən istifadə etmək lazımdır. Dəliklərə şprislə zəhərli maye yeridilir. Müalicə olunan kiçik taxta hissələr bir müddət qapalı plastik torbada qala bilər. Dəlik çoxdursa, şprislə işləmək çətin olacaq. Fırça ilə dəlikləri  örtün. Bu prosesi iki-üç gün ara ilə iki-üç dəfə təkrarlayın. Gips də tətbiq edilir.

Böyük mebelləri dezinfeksiya etmək üçün kerosin, parafin və digər zəhərli maddələr istifadə olunur. Taxtanın səthini fırça ilə yağlamaq da yaxşıdır. Müalicədən sonra bütün deşiklər sıx bağlanır. Şkaflar qoxusuz vazelin yağı ilə işlənir.

Yeni evə köçərkən diqqətli olun. Köhnə mebelin içərisində taxta qurdlarını da yeni evə gətirə bilərsiniz. Mebellərdə izlər gördükdə müalicə edin, əks halda evdəki digər taxta məmulatları da yoluxacaq.

Taxtabiti və onun sürfələrindən azad olmaq üçün mütəxəssislərə müraciət etmək tövsiyə olunur. Bu sahədə dezinseksiya işləri həyata keçirən Sanitariya.az şirkəti sizi böyük məsrəflərdən xilas edər.

Related Blog