Su tutarlarının təmizlənməsi – Bir çox hallarda krandan suyun zəif, yaxud da lilli gəldiyinin şahidi oluruq. Buna səbəb su tutarlarının vaxtında təmizlənməməsidir.
Su tutarlarına evlərdə, ofislərdə istifadə olunan su dispenserləri, yaşayış binalarını, plazaları, tibb, tədris müəssisələrini içməli su ilə təmin edən anbarlar, borular, hovuz və fontanlar aiddir.
Su tutarları necə çirklənir?
Bildiyimiz kimi hovuzlar, fontanlar açıq ərazilər olduğu üçün burada küləyin gətirdiyi hər şey suyun içərisinə düşür. Qapalı su hövzələrində isə su qaldıqca tərkibi göbələklənməyə, kiflənməyə başlayır.
Su tutarları təmizlənməsə nə baş verir?
Su tutarları təmizlənmədikdə göbələklər, mikrobakteriyalar çoxalır. İnsanlar bundan istifadə etdiyi üçün ciddi, yoluxucu xəstəliklərə birbaşa şərait yaranır.
Su tutarları təmizlənmədikdə avadanlıqlar da zərər görür. Su qaldıqca, təmizlənmədikcə içinin lili, ərpi çoxalır, həm anbarların avadanlıqlarına, həm də borulara birbaşa ziyandır. Borular ərpləndikcə suyun gediş-gəlişi zəifləyir, həm də içəridə deformasiyaya uğrayır və bir müddətdən sonra sıradan çıxmağa başlayır. Borular da mütəmadi olaraq təmizlənməlidir ki, həm əhali içməli su ilə daha yaxşı təmin olunsun, həm də boruların istifadəyə yararlılıq müddəti artsın.
Neçə müddətdən bir təmizlənməlidir?
Qanunvericiliyə əsasən yaşayış sahələrində, istehsalatda, səhiyyə müəssisələrində olan su anbarları ildə minimum bir dəfə təmizlənməlidir. Hətta 6 aydan bir təmizlənsə, daha effektiv olar. Su dispenserləri ayda bir dəfə təmizlənsə, daha yaxşıdır. Digər su hövzələri, hovuzlar, fontanlar isə hər ehtiyac olduqda təmizlənməlidir.
Şirkətimiz su anbarlarının təmizliyi və dezinfeksiyanı həyata keçirir.