Su mənbələrindən və hövzələrindən keçən infeksion xəstəliklər
Yay mövsümü ilə əlaqədar su mənbələrinə və su hövzələrinə diqqət artırılmalıdır. Çünki insanlar bu mənbələrdən fərdi və kütləvi şəkildə müəyyən infeksion xəstəliklərə yoluxa bilərlər. Bu mənbələrdən fərqli infeksiyalara yoluxma mümkündür.
İçməli su mənbələri olan çənlər və su hövzələrində bağırsaq infeksiyalarına, enterevirusa və digər xəstəliklərə yoluxa bilərik.
Ümumi və yaxud məhdud şəkildə istifadə olunan hovuzlardan yuxarıda sadalanan infeksiyalarla yanaşı digər xəstəliklərə, eyni zamanda göbələyə, bağırsaq protozoylarına, yəni bağırsaq qurdlarına və yaxud parazitar infeksiyalara da yoluxma təhlükəsi var. Ona görə də onların dezinfeksiyası vaxtlı – vaxtında aparılmalı və nəzarət olunmalıdır.
Bu mənbələr binaların və yaxud fərdi evlərin həyətində olan su hovuzları və çənlərdir. Eyni zamanda müəyyən binaların su təchizatını təmin edən su anbarları var. Bunlara diqqət artırılmalıdır. Qızdırma, ishal, vəba, tif kimi xəstəliklər məhz dezinfeksiya olunmamış su anbarlarından yayıla bilir. Bu səbəblərdən su anbarları vaxtaşırı təmizlənib dezinfeksiya olunmalıdır. Bu proses ildə 2 dəfə, 6 aydan gec olmayaraq həyata keçirilməlidir.
Qış aylarından fərqli olaraq yayda dezinfeksiya daha tez-tez aparılır. Həm də dezinfeksiya daha yüksək konsentratlı məhlullarla aparılır ki, bu sulardan infeksion xəstəliklərin yayılması mümkün olmasın.
Sanitariya.az şirkəti də su mənbələrinin və hövzələrinin dezinfeksiyasını həyata keçirməklə müştərilərinə saf su bəxş edir.