Navalçaların təmizlənməsi
Binaların damlarının üzərinə yağan yağıntıların axıb getməsi üçün kənarlarda navalçaların olması vacibdir. Yağıntıların rahat axması üçün navalça boruları təmiz olmalıdır. Zamanla borulara ağacların yarpaqları, toz-torpaq yığılır. Yaxud da quşlar çör-çöp yığıb yuva qururlar. Həşəratlar və gəmiricilər də zəbt edirlər. Borularda alaq otları bitir. Yağıntı sularının ərpi, çöküntüsü də borularda yığılır. Bu da yağıntı sularının rahat şəkildə axmasına çətinlik törədir. Nəticədə damda yığılıb qalan sular binanın, evin içərisinə sızmağa başlayır. Nəmliyin, kifin yaranmasına səbəb olur. Binanın tavanının və divarlarının təmirində ciddi fəsadlar yaranır.