Yataq gənələri
Yataqda gənələrlə birgə yatdığınızı bilirsinizmi?
Bəs gənələrin sizi astma xəstəsi etmək iqtidarında olduğunu necə?
Yataq gənələri üçün münbit mühit tozlu, isti, tərli, tük yastıqlar, yun yorğan-döşəklər və s. hissələrdir. Onlar burada yumurta qoyur, çoxalır.
Ölçüsü 0,1-dən 0,23 mm-ə qədər olan bu gözəgörünməz canlılar xüsusi optik vasitələrlə görünür. Yataq gənələri dişləmirlər, qan udmurlar.