Əqrəblərin zəhəri güclüdürsə, bizim dərmanlarımız ondan da güclüdür
Əqrəblərə isti yay günlərində, həyətlərdə, bağlarda tez-tez rast gəlmək olur. Onlar ən çox dəniz kənarı, qumluq, nəm və çox isti yerlərdə yaşayırlar.
İnsan həyatı üçün təhlükəli zəhərə malik olan bu canlıların zəhərinin gücü yaşadığı yerlərə görə dəyişir. Həm də əqrəb nə qədər susuz qalsa, zəhəri bir o qədər qüvvətli olar.
8 ilə qədər ömrü olan bu canlılar bir il ac, susuz yaşaya bilir.