Dezinfeksiyanın əhəmiyyəti nədir?

İnsanın sağlam yaşaması və fəaliyyəti üçün təmiz mühit lazımdır. Lakin bizi gözlə görmədiyimiz milyonlarla kiçik mikroorqanizmlər-bakteriyalar, viruslar, əhatə edir. Bunlar da insanda bir çox xəstəliklərin yaranmasına səbəb olur.

Xəstəlik törədən mikroorqanizmləri sağlam orqanizmə yoluxduran infeksiya mənbəyini zərərsizləşdirən ən effektiv üsul dezinfeksiyadır. Dezinfeksiya xəstəlik törədicisinin yoluxma yollarını, infeksiya mənbəyini məhv edərək aradan qaldırır.

Hazırda ölkədə güclü hərarətlə müşahidə olunan qrip virusu tüğyan edir. Mütəxəssislər bunun koronavirusun yeni ştammı olmasını da istisna etmir.

Məlumdur ki, virus əsasən insanların gur toplaşdığı məkanlarda geniş yayılır. İri marketlər, bazarlar, kafe-restoranlar, otellər, məktəblər, tibb müəssisələri, toy, ziyafət, mərasim evləri, insanların daha gur olduğu hərəkətli yerlərdir. Burada xəstəliklərin qarşısını almağın əsas yollarından biri dezinfeksiyadır. Dezinfeksiya infeksiyanı məhv etməklə insanları çox təhlükəli xəstəliklərdən xilas edir.

Məkanların dezinfeksiyası müştərilərin sağlamlığına xidmət edir. Bu da bilavasitə məkanın müştərilərinin azalmaması, əksinə artması deməkdir. Çox müştəri çox qazanc deməkdir.

Məkanınızın dezinfeksiyasını sanitariya.az-ın peşəkar mütəxəssislərinə etibar edin. Peşəkar komandamız, Avropa istehsalı olan məhsullarımız ilə məkanınızda təmiz, sağlam mühit yaranacağına əmin olun.

Dezinfeksiya işləri aparıldıqdan 2-3 saat sonra məkanı havalandırmaqla normal iş rejiminə davam edə bilərsiniz.

Icon

Baxış

Dərmanlamadan öncə ilkin olaraq baxış keçirilib, qüsrlu yerlər aşkar olunur.
Icon

Dərmanlama

Bizim dərmanlarımız İSO sertifikatına sahib lisenziyalı dərman preparatlarıdır.
Icon

Qorunmaq

Biz Sanitariya olaraq görülən dərmanlamaya tam zəmanət veririk.
Icon

Nəzarət

Sanitariya olaraq biz dərmanladıqdan sonrada daimi nəzarəti saxlayırıq.

Sanitariya Epidemioloji Xidmətlər MMC 

Add Comment

to top