Birələrlə mübarizə

Birələr nöqtə boyda olmasına baxmayaraq, insanlara böyük problemlər yaradan parazitlərdir. Binanın zirzəmisində birə varsa, onların yüksək mərtəbələrə belə yayılacağına əmin olun. Çünki bu parazitlər güclü sıçrayış qabiliyyətinə malikdirlər. Onları tutmaq çox çətindir.

Qırmızımtıl, boz rəngdə olan bu parazitlər yaz-yay aylarında artır.

Birələr qanla qidalanır. Beləliklə də bir çox yoluxucu xəstəliklərin daşıyıcısı olurlar.

Heyvanların və quşların üzərində yaşayan birələr onların qanını sorduqdan sonra insanları dişləyir. Bu da qızartı, güclü qaşınma ilə yanaşı, taun, qarayara, bruselyoz, cüzam və s. xəstəliklərin ötürülməsinə səbəb olur.

Məkanınızı birələr istila edibsə onlarla özünüz bacara bilməzsiniz. Bunun üçün ixtisaslaşmış qurumlara müraciət etməlisiniz.

Bitlərdən qorunma

İnsan bitləri 2 cür olur. Baş və bədən bitləri. Uzunluğu 2 mm-dək olan bu parazitlər qanla qidalanır. Ömrü 1 aydır.

Dişi bit gündə 5-6 ədəd yumurta (sirkə) qoyur. Bit 1 həftəyə yumurtadan çıxır.

Bitlər əsasən toplu mühitdə insandan insana keçir. Məktəblər, bağçalar, hərbi hissələr və s. Baş biti uşaqlarda, əsasən də qızlarda daha çox görülür.

Yaxın təmas, daraq, geyimlər, yaylıq, papaq, şərf və digər əşyalarla yayıla bilir.

Saç biti yoluxucu xəstəlik yaymasa da çoxlu qan sormaqla anemiyaya (qan azlığı) səbəb ola bilir.

Bitin dişləməsi, tüpürcəyi və nəcisi dəridə qızartı, qaşıntı, hətta iltihablı yaralar yaradır.

Bədən biti tif və digər yoluxucu xəstəliklərə səbəb olur.

Bitlərdən azad olmaq üçün təkcə dərmanlanmaqla kifayətlənmək olmaz. Saç aksesuarları, daraqlar, papaqlar, şərflər, yataq dəsti, paltarlar, dəsmallar, xalçalar, oturacaqların yuxarı hissələri yuyulmalı və təmizlənməlidir. Bütün bu proses bir həftə sonra təkrarlanmalıdır.

Icon

Baxış

Dərmanlamadan öncə ilkin olaraq baxış keçirilib, qüsrlu yerlər aşkar olunur.
Icon

Dərmanlama

Bizim dərmanlarımız İSO sertifikatına sahib lisenziyalı dərman preparatlarıdır.
Icon

Qorunmaq

Biz Sanitariya olaraq görülən dərmanlamaya tam zəmanət veririk.
Icon

Nəzarət

Sanitariya olaraq biz dərmanladıqdan sonrada daimi nəzarəti saxlayırıq.

Sanitariya Epidemioloji Xidmətlər MMC 

Add Comment

to top