Sahibsiz itlərin ərazidən uzaqlaşdırılması
Sahibsiz itlər insan həyatı və sağlamlığı üçün təhlükə törədir. Onlar insanlara hücum edərək
parçalamaqla yanaşı, həm də infeksion xəstəliklərin yayılmasına səbəb olurlar. Ərazilərin sanitar təmizliyi üçün heyvanların tutularaq ərazidən uzaqlaşdırılması vacibdir.
Evinizin, obyektlərinizin ətrafında sahibsiz itlər çoxalıbsa sanitariya.az sizin bu probleminizi həll edər.
Sahibsiz itlərin tutulması, daşınması və onlara qulluq edilməsi Dövlət Baytarlıq Nəzarəti Xidmətinin tövsiyələrinə uyğun aparılır. Tutulma və saxlama zamanı heyvanlara qarşı amansızlıq qadağandır.
Biz də itlərin təcrid edilməsini heyvanlara heç bir ziyan vurmadan həyata keçiririk.
Heyvanlara onlara zərəri olmayan qida verilir. Bu vaxt xüsusi üsulla onlar tutularaq ərazidən uzaqlaşdırılır və yaşayış məntəqələrindən kənara aparılır.
Sahibsiz itlərin müvəqqəti saxlama təcridxanalarında saxlanması və bəslənməsi yaxalamadan əldə olunan gəlirlər hesabına həyata keçirilir.
