Quslara-qarsi-mubarizə

Quşlara qarşı mübarizə üsulları

Quşlara qarşı effektiv mübarizə üsulları

Evlərdə, təsərrüfatlarda, anbarlarda, bağçılıqda, qida istehsalı və s. sahələrdə quşlar sizi narahat edir? Quşlara qarşı mübarizə necə edilməlidir? Bu suallara ətraflı cavab tapacaqsınız.

Torlar quşların binaların, tikililərin və s. üzərinə enməsinin, yuva qurmasının qarşısını almaq üçün istifadə olunur. Ağaclar, bitkilər dirəklər vasitəsilə torla bağlanır. Torlar quşların yuva qura biləcəyi binalarda, dam örtüklərində, kolların üzərində qurulur. Adi tor qarğaların və digər iri quşların qarşısını almaq üçün kifayətdir. Kiçik quşlar üçün daha kiçik bir şəbəkədən istifadə edilir. Toru yerləşdirməzdən əvvəl ağacların və ya kolların arasına baxmaq lazımdır ki, quşlar içəridə qalmasın.

Quş telləri adlanan xüsusi örtük, paslanmayan polad məftillər müxtəlif hündürlükdə dirəklərə bərkidilir. Qorunmalı olan ərazidən təxminən 30 sm yuxarıda paralel xətlər yerləşdirilir. Metal çubuqlar binaların üstünə, damların kənarlarına və s. yerlərə yapışdırılır. Bu, quşların yuvalar qurmasına, yerə enməsinə mane olur.

Maketlər gerçək görünüşü, ölçüsü, hərəkətliliyi ilə quşları və kiçik heyvanları qorxudub qaçırır. Həqiqi heyvana oxşayan müqəvvalar alın. Yaxud da taxtadan müqəvva düzəldib üzərinə samanla dolu paltarlar geyindirin. Quşların buna çox öyrəşməməsi üçün müqəvvanı bir neçə gündən bir dəyişdirin. Paltarını dəyişdirmək də faydalı ola bilər. İlan, bayquş, qu quşları və yırtıcı quşların maketləri quşları qorxudub uzaqlaşdırır.

Yırtıcı quşlara bənzəyən uçurtmalar da var. Onu quşların toplaşdığı yerlərdə uçuraraq nəticə əldə etmək olar.

İtlərdən istifadə. Quşları qovmaq üçün itlərdən də istifadə etmək olar. İtlər quşları qovmağı sevirlər və bunu çox yaxşı bacarırlar. Quşlar səhər tezdən və günortadan sonra aktiv olurlar. Həmin vaxt iti gəzdirin. İt kəmərlə gəzdirilməlidir ki, quşlara zərər verməsin.

Tələlərlə də quşları tutmaq olar. Quşların çox olduğu yerlərdə tələ qurun. Tələyə düşən quşu uzağa aparıb buraxın.

Avtomobilləri quşlardan necə qorumaq olar?

Quşlar avtomobillərin üzərinə toplaşaraq onu nəcislə çirkləndirirlər. Bunun qarşısını almaq üçün avtomobilin üstünə oyuncaq ilan qoyun. Quşlar qorxub qaçacaq.

 

Quşların yeyə biləcəyi qida və su mənbələrini ləğv edin. Ev quşlarının yem qablarını elə yerə qoyun ki, vəhşi quşlar onunla qidalana bilməsinlər. Quşlara çörək qırıntıları və başqa qidalar verilməsinə icazə verməyin.

Təmizlik. Həyəti təmiz saxlayın. Kolları təmizləyin. Bunlar vəhşi quşların sığınması, yuva qurması üçün əlverişli mühitdir. Zibil saxlamayın. Zibil qutularının qapaqlarını diqqətlə bağlayın.

Qapıları bağlayın. Qapısı açıq qalan məkanlarda quşlar içəri girib məskunlaşırlar. Quşların içəri girə biləcəyi dəlikləri bağlayın. Çünki kiçik quşlar yuva qurmaq üçün kiçik yerlər axtarırlar. Havalandırma dəliklərini də torla örtün.

Su çiləyicidən istifadə. Quşları eyvanlardan, hovuzlardan uzaq tutmaq üçün hərəkətli su çiləyicidən də istifadə etmək olar. Quşların toplaşdığı yerdə su çiləyicini quraşdırın və onu problem olan yerə yönəldin. Quşlar hər dəfə yerə enməyə cəhd etdikdə, su çiləyərək onları qovacaq. Yuxarıda qeyd olunan effektiv quşlara qarşı mübarizə üsularından danışdıq.

Quşların uzaqlaşdırılması üçün bizimlə əlaqə saxlaya bilərsiniz.

Related Blog