qizilca xesteliyi

Qizilca xesteliyi, qizilca haqqında məlumat

Qizilca xesteliyi – Əhali arasında belə bir sual var: “ Bu qızılca deyil? Fərqli bir virusdur, daha əvvəl insanlar bu xəstəliyi fərqli bir formada keçirib. Bu daha da ağır formada keçir”. Bunu başqa bir virusa bənzədirlər.

Bütün bu kimi suallara aydınlıq gətirmək üçün  Səhiyyə Nazirliyinin mütəxəssis eksperti, uzman infeksionist Vasif Əliyevlə həmsöhbət olduq. Həkim bunun qızılca virusu olduğunu təsdiqlədi: “Əslində bu qızılca virusudur. Sadəcə əhali arasında qızılcaya qarşı qorunma səviyyəsi aşağı olduğu üçün daha əvvəl keçirməyən insanlarda virusla təmas sonrası bu xəstəlik yaranır. Daha əvvəl keçirmədiyinə və peyvənd olunmadığına görə, xüsusilə yaşlı insanlarda və kiçik uşaqlarda xəstəlik ağır formada keçir”.

Qızılca virusunun yüksək yoluxuculuq qabiliyyətini vurğulayan ekspert qeyd edir ki, yoluxmuş xəstə ilə təmasda olan bir insan öncə bu xəstəliyi keçirməyibsə və ya peyvənd olunmayıbsa, xəstələnmə riski 90 faizdir.

Qizilca elametleri, qizilca simptomlari

Ağırlaşma hallarının xüsusən xəstəliyin nəzarətsiz olduğu dönəmdə baş verdiyini deyən həkim əsas əlamətləri də qeyd edib: “Yüksək hərarət, səpgilər, öskürək əlamətləri olur. Bundan başqa qaşıntılar olur, ağız içi yaralar yaranır. Bir çox xəstədə ürəkbulanma, qusma da müşahidə edilir”. Ekspert tövsiyə edir ki, qızılca xəstələri mütləq həkim nəzarətində olmalıdır. Ev şəraitində müalicə alsalar da, həkim kontrolunda olmalıdırlar. Xəstəliyin ağırlaşmaları haqqında da danışan həkim qeyd edib ki, qızılcanın spesifik bir müalicəsi yoxdur. Sadəcə dəstəkləyici müalicə var. Kontrolsuz xəstədə sonradan ikincili bakterial  ağırlaşmalar ola bilir ki, bu da pnevmoniyaya səbəb olur.

Qızılca hansı yaş qrupunda daha çox müşahidə olunur? – sualını həkim: “Virus yoluxduğu zaman yaşa baxmır. Çünki virusla təmasda olan hər bir insan əgər ona qarşı bir qoruyuculuğu yoxdursa, yoluxa bilir. Sadəcə virus 5 yaşın altında uşaqlarda, eləcə də böyük insanlarda ağır formada keçə bilir. Çünki bu insanlarda immun sistemi zəif olur”- deyə cavablandırıb.

İmmun supressiv xəstələrin qızılcanı daha ağır keçirdiyini deyən mütəxəssis, bunlara yanaşı gedən xəstəliyi olan, xroniki böyrək, qaraciyər, ağciyər xəstələri, orqan alıcıları, revmatoloji və onkoloji xəstələri aid edib: “Bu xəstələr davamlı olaraq immun supressiv dərmanlar istifadə edirlər, çünki bədən müqaviməti aşağıdır. Təbii ki, həmin insanlarda qızılca daha ağır keçə bilir”.

Həkim yoluxmamaq üçün profilaktik tədbirlər də tövsiyə edib: “Hava-damcı yolu ilə keçən virusdur. Təbii ki, rutin tədbirlər var. Ara məsafəsi, gigiyena qaydalarının gözlənilməsi, maskadan istifadə və s. Ancaq yüksək sürətlə keçdiyinə görə, bəzən bu tədbirlər də qarşısını tam ala bilməz. Sadəcə bu riski aşağı sala bilər. Nəzərinizə çatdırım ki, qızılca xəstəsi otaqda olub və artıq gedibdirsə də, virus 2 saat ərzində otağın havasında asılı vəziyyətdə qala bilər və daha sonradan gələn  sağlam bir insan bu havanı udubsa, təmas edibsə, xəstəliyə rahatlıqla yoluxur”.

Qizilcaya qarşı mübarizə

Həkim xəstəliyə qarşı daha etibarlı yolları da tövsiyə edib: “Dezinfeksiya tədbirləri və gigiyena qaydalarına əməl olunması xəstəliyin qarşısını alan tədbirlərdir. Ən etibarlı digər yol peyvənd olunmaqdır. Peyvənd olunanlar bu xəstəliyi ya keçirmirlər, ya da yüngül formada keçirirlər”.

Peyvəndin 2 dozda olmasının vacibliyini vurğulayan ekspert qeyd edir ki, uşaqlarda 1 yaşında birinci, 6 yaşda isə ikinci doz vurulmalıdır. Böyük insan daha əvvəl peyvənd olunmayıbsa, 2 doz vurdurur. İlk doz vurulandan 4 həftə sonra ikincini vurdururlar.

Ölkəmizdə epidemioloji vəziyyətə aydınlıq gətirən ekspert hələlik stabil olduğunu deyib: “Epidemioloji vəziyyət hələlik stabildir. Nəzərə alsaq ki, xəstəliyin inkubasiya dönəmi 6 gündən 3 həftəyə qədərdir, bu ərəfədə xəstə ilə təmasda olan hər bir insanda əlamət 3 həftədən sonra da başlaya bilər. Ona görə hələ ki, müəyyən bir müddət bu insanları nəzarətdə saxlamaq lazımdır”. Son zamanlar ölkəmizdə geniş yayılan qizilca xesteliyi ilə mübarizə aparmaq üçün dezinfeksiya xidmetinden istifadə etmək də doğru seçimlerden biri hesab edilir.

Related Blog