Qarışqalara qarşı mübarizə

Qarışqalardan xilas olmağın yollari

Qarışqalar ən zəhmətkeş həşəratlardır. Onlar özlərindən 20 dəfə ağır yükü daşıya bilirlər. Həşəratlar içərisində ən böyük beyin qarışqalardadır. Bir qarışqanın ömrü 45-60 gün arasında dəyişir.

Həşəratın boyu əsasən 2-7 mm arasında dəyişir. Boyu 4-5 sm-ə çatan iri növlərə də rast gəlinib.

Qarışqalar həmrəydirlər. Onlar koloniya halında yaşayırlar. Bir qarışqanın getdiyi yolda buraxdığı izdəki qoxunu alan digərləri onun ardınca gəlir. Beləliklə məkanınızı qarışqa dəstəsi basır və onlarla bacarmaq heç də asan olmur. Bu kiçik canlılar hətta soyuducunun içinə, yataq otağına da yol tapır.

Daha çox evlərin, kafe-restoranların, tibb və təhsil müəssisələrinin, otellərin və diğər iaşə obyektlərinin mətbəxlərində çoxalır. Mebellərə, döşəməyə, hamam otağına da yayılır.

Soyuq havalarda qarışqalar qapalı məkanlara köçür və isti şəraitdə aktiv şəkildə çoxalırlar. Həmin məkanlardakı qida məhsullarına daraşaraq onları yeyirlər. Qarışqaların 14 min növü var. Onlardan daha çox yayılmışlar bunlardır:

qarisqalara qarsi mubarize

Qara qarışqa

Dünyada ən çox yayılmış qarışqa növü qara qarışqadır. Onlar həm qara, həm də tünd qəhvəyi rəngdədir. Bədəni tamamilə kiçik tüklərlə örtülü olur. Qara qarışqalar yerin səthində toplu təpə şəklində yaşayış yeri yaradırlar. Həm də daşların altında və ya köhnə kötüklərdə yaşaya bilirlər.

Narıncı qarışqalar

İnsanlara yaxın olmağı sevirlər. Yaşayış məntəqəsində qarışqalar koloniya şəklində yaşayırlar. Məkanın ən əlçatmaz yerlərində, mebellərdə, şkaflarda, binaların döşəmələrində toplaşırlar.

Qırmızı qarışqalar (zəhərli qarışqalar)

Zəhəri olan qırmızı qarışqanın tarixi vətəni Cənubi Amerikadır. İnsanlar bu növü od qarışqaları adlandırırlar. Onların yuvaları torpaq və ya yüksək rütubətli yerlərdədir. Qida rasionlarında əsas yeri körpə bitkilər və digər həşəratlar tutur. Qırmızı qarışqanın ifraz etdiyi zəhər ona ovunu zərərsizləşdirmək üçün kömək edir.

Sarı qarışqalar və ya firon qarışqalar

İlk dəfə Misir piramidalarında aşkar edildiyi üçün onlara firon qarışqalar da deyilir. İnsanlara yaxın yerlərdə aktiv həyat tərzi keçirirlər.

Sarı qarışqalar qaranlıq, nəm və isti yerləri sevirlər. Divarlarda, döşəmələrdə, məişət cihazlarında və qopmuş divar kağızının arxasında toplaşırlar. Məkanlarda bir-biri ilə əlaqə saxlayan bütöv bir yuva sistemi qururlar. Bu zərərvericilərdən xilas olmaq çətindir. Bir yuva məhv olarsa, həşəratlar digərinə qaçırlar.

Uçan qarışqalar

Uçan qarışqalar Şimal qütbündən başqa hər yerdə yaşayırlar. Səhralarda, meşələrdə, yaşayış yerlərində, evlərdə, həyətlərdə, cəngəlliklərdə, mağaralarda, az rütubət və yüksək temperatur olan ərazilərdə. Qaranlıq və bilinməyən yerləri seçirlər.

Əsasən bitki, ağac yarpağı, çürümüş meyvə, tərəvəz, ölü heyvan əti, göbələk, kol yarpağı və digər həşəratları yeyirlər.

İki mədəli həşəratlar – qarışqaların qidalanması

İnsanın yediyi hər qidadan yeyə bilirlər. Qarışqalarda iki mədə olur. Biri özü üçündür. O biri isə ehtiyat funksiyası yerinə yetirir. Digər qarışqalarla paylaşacağı qidanı saxlayır. İşçi qarışqa çöldə yemək tapanda digərlərinə xəbər vermək üçün xüsusi qoxu buraxır. Bu qoxuyla koloniyadakı qarışqalar gəlir.

Qarışqaların çoxalması

Qarışqaların çoxalması yumurta qoymaqla baş verir.

İsti yaz və yay aylarında yetkin gənc dişi və erkəklər öz koloniyalarını tərk edirlər və cütləşirlər. Bir proseslə dişi ömrünün sonuna qədər bəs edəcək toxum ehtiyatı yığır.

Döllənmiş dişi öz koloniyasını qura biləcəyi uyğun bir yer axtarmağa başlayır, yumurta qoyur. Bir neçə həftə sonra yumurtalardan qarışqalar çıxır.

Qarışqaların yaratdığı təhlükələr

Qarışqaların insanların sağlamlığına zərərləri zibil qutusunda və başqa antisanitar yerlərdə gəzdikdən sonra olan infeksiyaları, mikrobları və digər mikroorqanizmləri insanlara daşımasıdır. Bu da yoluxucu və bağırsaq xəstəliklərinə səbəb olur.

Qarisqa Dermani

Qarisqa dermani – Bu mövzu qarişqa problemindən əziyyət çəkən bütün insanlar üçün çox aktual mövzudur. Amma nəzərə almaq lazımdır ki, qarışqaların məkanınıza gəlməsi və orada yaşaması təsadüfi deyil. Sizin istifadə edəcəyiniz kustar üsullarla hazırlanmı. və mənbəyi bilinməyən qarisqa dermani bu problemi qısa müddətlik aradan qaldıra bilər. Ölkəmizdə bu sahədə mütəxəssis olaraq fəaliyyət göstərən şəxslər və şirkətlər çox azdır. Bu cür xidmətdən istifadə edəcəksinizsə çalışın nəticə əldə edən və uzunmüddətdir bazarda olan sertifiktalı müəssisələrə müraciət edin.

Qarişqalarla mübarizə etmək üçün nə etməliyik?

Qarışqaların gəlməsini istəmirsinizsə, bunları edin:

Zibil qabını gecə dolu saxlamayın. Yemək yediyiniz yerə diqqət edin ki, qırıntılar və yemək qalıqları qalmasın.

Mətbəxin döşəməsinə tez-tez yağ və qırıntılar tökülür. Döşəməni vaxtaşırı yumaq lazımdır ki, həşəratları cəlb etməsin.

Çirkli qabları uzun müddət saxlamayın. Çirkli qablar bütün həşəratları özünə cəlb edir.

Qida paketlərini, qutularını və digər qida qablarını möhkəm bağlayın ki, həşəratlar girə bilməsin.

Qarışqalarla mübarizə üçün müxtəlif üsullardan, dərmanlamadan istifadə edə bilərsiniz. Ancaq həşəratların tamamilə kökünü kəsmək və sonradan yenə gəlməməsi üçün effektiv yol bu sahədə ixtisaslaşmış şirkətlərə müraciət etməkdir. Çünki, peşəkarlar həşəratları məhv etmək üçün tam effektiv vasitələrdən istifadə edirlər. Bu və digər xidmətlərimiz haqqında məlumat almaq üçün xidmətlərimiz hissəsinə keçid edə bilərsiniz.

Related Blog