Parniklərin fumiqasiyasi

Parniklərin Fumiqasiyası

Parniklərin Fumiqasiyası – Parniklərin uzun müddətli və məhsuldar fəaliyyəti üçün bitkilərə vaxtında qulluq edilməlidir. Torpaqda, eləcə də bitkilərdə olan zərərli mikroorqanizmlərin (bakteriya, göbələk), həşəratların məhsulu yararsız etməsinin qarşısı alınmalıdır. Parnikləri zərərvericilərdən xilas etməyin effektiv yollarından biri fumiqasiya üsuludur.

Fumiqasiya kimyəvi maddələrdən ibarət zəhərli buxar və qazlarla aparılan mübarizə metodudur.

Parnik bitkilərinin zərərvericilərə qarşı fumiqasiyası onların tam məhv edilməsi və yenidən əmələ gəlməsinin qarşısını alır. Fumiqasiyadan sonra karantin qaydalarına ciddi əməl olunsa, yəni parnikə kənardan yoluxdura biləcək heç nə daxil olmasa, zərərvericilər yenidən əmələ gəlməyəcək.

Ən çox istifadə olunan Fumiqantlar

Ən çox istifadə edilən fumiqantlar bunlardır:

1,3-dikloropropen

Dazomet (metil izotiyosiyanat prekursoru)

Xloropikrin

DBCP

Formaldehid

Hidrogen sianid

Yodoform

Metil izosiyanat

Fosfin

Kükürd ftorid

Fumiqasiya necə aparılır?

Fumiqantlar qaz halında olan  kimyəvi maddələrdir. Sıxlaşdırılmış qaz formasında metal balonda yerləşdirilir.

Fərqli fumiqantlar  zərərvericilərə qarşı mübarizədə müxtəlif təsirlərə malikdir. Bəziləri ayrı-ayrı zərərvericilərə xasdır, digərləri isə geniş spektrli maddələrdir və əksər zərərvericiləri  öldürür.

Fumiqasiya prosesinin mərhələləri

Fumiqasiya aşağıdakı mərhələlərlə aparılır:

Fumiqasiya üçün nəzərdə tutulan sahə örtülür; fumiqant fumiqasiya edilmək üçün əraziyə buraxılır;

Fumigant qaz ərazidəki zərərvericiləri məhv edənədək bir müddət saxlanılır;

Zəhərli qazların çıxması üçün məkan havalandırılır. Fumiqasiyadan sonra havalandırma nəticəsində preparatın qalıqları bitkidən uçur və təmizlənir.

Fumiqasiya üçün əlverişli vaxt və temperatur

Temperatur artdıqca fumiqantların təsiri azalır. Bir çox fumiqantlar 25 dərəcə temperaturda oksidləşməyə məruz qalır və neytrallaşır. Effektivliyi itir. Parniklərin fumiqasiyası üçün ideal temperatur +15 dərəcədir.

Parniklərin müalicəsi üçün  payız və yaz ayları daha məqsədəuyğundur. İstixanaları hər fəsildə bir dəfə fumiqasiya etmək yetərlidir.

Fumiqasiyanın üstünlükləri

Zərərvericilərlə müxtəlif mübarizə vasitələrindən fumiqasiyanın bir çox üstünlükləri var. Fumiqasiya zərərverici mikroorqanizmlərlə yoluxmuş bitkiyə birbaşa təsir edir. Fumiqantlar bitkidə olan göbələklər, bakteriyalar, həşəratlar, torpaqdakı alaq otları və onların toxumlarını, torpaqda daşınan orqanizmləri effektiv şəkildə məhv edə bilir. Qısa müddət ərzində çoxlu məhsullara tətbiq oluna bilir. Buxar və qaz istənilən yerə, hətta ən kiçik çatlara da nüfuz edə bilir. Kiçik böcəklər və həşəratlar belə yerlərdə gizlənirlər və onları orada başqa vasitələrlə məhv etmək çətindir. Fumiqasiya gövdənin, eləcə də məhsulun dərinliklərinə qədər nüfuz edir.

Fumiqasiya zərərvericilərin həyatının bütün dövrlərində təsir edir. İstər yumurta və ya sürfə halında, istərsə də yetişkin dövrdə.

Fumiqasiya çiçəyə qədər və yaxud da tərəvəz  yetişənə qədər aparılır. Yetişmiş tərəvəzdə təsiri qalmır. Bu səbəblə də insan sağlamlığına mənfi təsiri yoxdur.

Tətbiq edildikdə və ya qısa müddət sonra bu kimyəvi maddələr uçuculaşır və zəhərli molekulların torpaqdakı hava məsamələri vasitəsilə hərəkət etməsinə imkan verir. Zərərvericilər uzun müddət ərzində zəhərli konsentrasiya ilə təmasda olduqda ölür. Bütün fumiqantlarla yaxşı nəticələr əldə etmək üçün kifayət qədər konsentrasiya və hədəf zərərvericilərlə təmas vaxtı tələb olunur.

Fumiqasiya prosesində təhlükəsizlik tədbirləri

Yüksək toksikliyini nəzərə alaraq fumiqasiya işlərini xüsusi təlim keçmiş lisenziyalı şirkətin mütəxəssisləri həyata keçirməlidir.

Fumiqasiya zamanı  qoruyucu maska, respirator, eynək və rezin əlcəklər geyinmək lazımdır.

Fumiqasiya xidməti

Fumiqasiya sahəsində lisenziyalı Sanitariya.az şirkəti fumiqasiya xidmətini peşəkarcasına həyata keçirməklə parniklərinizi müxtəlif həşərat və onların sürfələri, eləcə də digər mikroorqanizmlərin zərərli təsirlərindən xilas edir. Mütəxəssislərimiz isti duman vasitəsilə parnikləri fumiqasiya edirlər. Fumiqasiya tədbirləri əsasən çiçək dövrünə qədər aparılır.

Related Blog