Payızın gəlişi, leysan yağışların və dolunun yağması navalçaların təmizlənməsi işini yenidən gündəmə gətirir.
Navalçalar yağıntı sularını binaların divarlarından və bünövrəsindən uzaqlaşdırır və divarları rütubətdən qoruyur.
Binalarda navalça xətləri damdan başlayır və binanın künclərindən aşağı enir.
Navalçaların tıxanması
Navalça borularında otlar, mamırlar, yosunlar bitir. Quşlar yuva qurmaq üçün dimdiklərində çör – çöp atırlar. Yaxud yuva qururlar. Quşlar dimdiklərindən sümük və digər qida hissəcikləri də atırlar. Eləcə də quşların nəcisi, küləyin gətirdiyi yarpaqlar, toz – torpaq və s. boruların tıxanmasına səbəb olur. Bəzən qarğalar qozları sındırıb yemək üçün yuxarıdan damın üstünə atır. Bunlar da yağış axınının qarşısını kəsir.
Həmçinin insanlar tərəfindən binanın damına yad əşyalar da atılır.
Navalça borularında yaranan problemlər əsasən yağıntı yağanda fərq edilir.
Güclü yağış zamanı sular tıxanmış borudan tez axa bilmir və daşır. Bu, su sızmasına səbəb ola bilər. Sızma binanın daxilinə nüfuz edərək nəmlik, eləcə də kif göbələyinin yaranmasına şərait yaradır.
Navalça borularının tıxanmaması üçün hansı tədbirlər görülməlidir?
Borularda yarpaqların tıxanmaması üçün yarpaq tutucudan istifadə edilir. Bu cihazı boruya quraşdırdıqda problemin çox hissəsinin qarşısını almaq olar. Cihaz iri zibilləri tutub saxlayır və boru tıxanmır. Yarpaq tutucu mütəmadi olaraq təmizlənməlidir.
Navalça borularında yaranmış mamırları çıxarmaq və çoxalmasının qarşısını almaq üçün dam örtüyü üçün nəzərdə tutulmuş yosunlara qarşı vasitələrdən istifadə etmək olar.
Navalça boruları necə təmizlənir?
Navalça boruları yaz və payız aylarında olmaqla ildə 2 dəfə ətraflı yoxlanılmalıdır. Daralmış və tıxanmış borular və onların bir – biri ilə əlaqəsi ətraflı nəzərdən keçirilməli və təmizlənməlidir. Borularda sınıqlar olduqda təmir edilməlidir.
Binalarda navalça xətləri damdan başlayır və binanın künclərindən aşağı enir.
Axın boruları binaların damlarının kənarlarında dam örtüyünə paralel olur. Bu borular iki növdə olur: qapalı və açıq axın. Açıq borudakı tıxacları təmizləmək qapalıya nisbətən daha asandır.
Təmizliyi bir neçə üsulla etmək olar. Əllə təmizlədikdə əvvəlcə böyük zibillər yığılır, sonra kiçiklərə başlanılır.
Navalça borularının təmizlənməsi lazımi cihazlar olmadan mümkün deyil. Boruların içərisi yuyulmadan əvvəl kamera cihazları ilə xəttin içərisinə baxmaq lazımdır. Müayinələr nəticəsində boruların yuyulması zərurəti yaranarsa, yuyulma prosesi ciddi şəkildə aparılmalıdır.
Su şlanqının başlığı birbaşa borunun içərisinə yerləşdirilir. Su püskürtmə yolu ilə boru boyunca püskürdülür. Qalan zibillər yuyulub təmizlənir.
Boruların açılması metodlarından biri də nasos üsuludur. İçəridə yığılmış hissəcikləri çıxarmaq və suyun geri axmasının qarşısını almaq üçün nasos ilə boruya təzyiq edilir. Təzyiq nəticəsində geri dönən su axıb gedir. Navalça borularının tıxanması zamanı təmizləmə prosesini xətlərin yuxarı hissəsindən robot maşınla da həyata keçirmək olar.Navalça borularının təmizlənməsi prosesini həyata keçirərkən diqqətli olmaq lazımdır. Binanın damına özbaşına çıxaraq edilən boru təmizlənməsi həyati təhlükə daşıyır.
Proses bütün təhlükəsizlik tədbirlərini alaraq mütəxəssislər tərəfindən aparılmalıdır. Binanın damının konstruktiv vəziyyəti qiymətləndirilməlidir. Təhlükəsizlik papağı və kəməri olmadan hündürlüyə qalxmaq olmaz.
Navalça təmizliyini şirkətimizin peşəkar mütəxəssislərinin öhdəsinə buraxa bilərsiniz. Daha ətraflı məlumat almaq üçün bizimlə əlaqə saxlaya bilərsiniz.