Yay mövsümü ilə əlaqədar həm uşaqlar, həm də böyüklər arasında müəyyən infeksion xəstəliklər yayıla bilir. Əksər infeksiyalar virus xəstəlikləri ilə bağlıdır. Bəzən isə bakterial mənşəli bağırsaq xəstəlikləri, salmonella (bağırsağa düşən bakteriya), dizenteriya (qarın ishalı) və müəyyən intoksikasiya (zəhərləyici maddələrin orqanizmdə yaratdığı patologiya) ilə müşahidə olunan bağırsaq xəstəlikləridir. Eləcə də yayın isti mövsüm olmasına baxmayaraq, virus infeksiyaları da yayılmaqdadır. Belə ki, el arasında “mədə qripi” dediyimiz virus infeksiyaları, əsasən də enterovirus çox asanlıqla insanlardan bir-birinə, ən çox da uşaqlar arasında yayılmağa meyillidir.
Mövsümi xəstəliklərin əlamətləri
Xəstəlik qızdırma, halsızlıq, ishal, boğaz ağrıları, çox tək-tək hallarda isə güclü baş ağrıları ilə özünü biruzə verir. Belə hallar davam etsə, mütləq həkimə müraciət etmək lazımdır. Xəstəliklərin yayılma yolları
Bu xəstəliklər insanlardan bir – birinə əsasən yaxın təmaslardan, ortaq qidalanma, su mənbələri, məkanların birgə istifadəsindən keçə bilir. Əsas da qida və su mənbələrinə diqqət etmək lazımdır. Təcrübə göstərir ki, bu xəstəliklər qida və su mənbələri ilə yayılır. Soyuqlama halları, yəni davamlı soyuq, kondisioner sistemindən istifadə etmək və yaxud tərləmə, soyuqlama, günəş vannaları, çimərlikdən sonra nəm paltarda qalmaq, bunlar da xəstəliyin inkişafına şərait yarada bilir. Xəstəliklərə qarşı mübarizə
Bu xəstəliklərin baş verməməsi üçün mütləq gigiyena və dezinfeksiya qaydalarına əməl edilməlidir. İlk öncə gigiyenadır. Əllərin yuyulması, bəzən isə dezinfeksiya etmək məcburiyyəti və yaxud günəş altında çox durulmaması, tərlədikdə paltarları dəyişmək və s. Bu kimi gigiyenik şərtlərə, ağız boşluğuna qulluq da olmaqla riayət olunmalıdır. Profilaktik tədbirlər də unudulmamalıdır. Belə ki, müəyyən məkanlarda dezinfeksiya aparılmalıdır. Həm ortaq əşyalar, həm də qida və su mənbələri dezinfeksiya olunmalıdır. Əsas da suyun dezinfeksiyasına, istifadə olunduğu mənbəyə diqqət edilməlidir.