Yay aylarında milçəklərin çoxalması həm ev şəraitində, həm də iş yerlərində ciddi narahatlıqlara səbəb olur. Bu problemin qarşısını almaq üçün effektiv milçək dərmanı seçmək və düzgün tətbiq etmək vacibdir.
Milçəklər gigiyenik baxımdan təhlükəli olduqları üçün onların yaydığı mikroblar bir sıra infeksiyalara səbəb ola bilər. Buna görə də milçəkləri qovmaq üçün vaxtında tədbir görmək sağlamlıq üçün önəmlidir.
Milçəklərlə təbii yolla mübarizə
Eyni zamanda, təbii üsullarla da milçəkləri qovmaq mümkündür. Milçəklərlə təbii yolla mübarizə aparmaq üçün aşağıdakı üsullar çox effektlidir və sağlamlıq üçün təhlükəsizdir:
- Sirkə tələsi
Bir qaba alma sirkəsi tökün, üzərinə bir az maye sabun əlavə edin. Qabı streçlə örtüb, kiçik deşiklər açın. Sirkənin qoxusuna gələn milçəklər içəri girir, sabunlu su onları batırır.
- Limon və mixək
Bir limonu iki yerə bölün, içərisinə mixək yerləşdirin. Mixək və limonun birləşmiş qoxusu milçəkləri uzaqlaşdırır.
- Nanə və lavanda
Milçəklər bu otların iyini sevmirlər. Efir yağı şəklində suya qarışdırıb püskürtmə qabı ilə otağa səpə bilərsiniz.
- Təbii uçucu yağlar
Nanə, limon otu, evkalipt, bu yağları otaqda yaymaq da effektiv nəticə verir.
- Təmizlik çox önəmlidir
Yemək qalıqlarını, meyvələri açıqda saxlamayın. Qapaqlı zibil qabıdan istifadə edin və tez-tez boşaldın.
Nəm yerlər və kanalizasiya borularını mütəmadi təmizləyin.
- Pəncərələrə tor quraşdırın
Evə milçək girməsinin qarşısını almaq üçün pəncərə və qapılara milçək torları quraşdırın.
Milçək dərmanı
Təbii üsullar kifayət etmədikdə, milçəkləri qovmaq üçün mütləq milçək dərmanı istifadəsi tövsiyə olunur.
Milçək dərmanı seçərkən əsas diqqət yetirilməli məqam dərmanın təsir müddəti və tərkibidir. Mövcud olan milçək dərmanları müxtəlif kimyəvi tərkiblərə malikdir və bu dərmanlar milçəklərin sinir sistemini iflic edərək onları qısa zamanda zərərsizləşdirir. Həm sprey, həm də buxar şəklində tətbiq edilə bilən vasitələr mövcuddur. Bəzi dərmanlar həm də qoruyucu təsir göstərərək, müəyyən müddət ərzində yeni milçəklərin gəlməsinin qarşısını alır.
Dərmanlama peşəkar mütəxəssislər tərəfindən aparılsa, daha effektiv və insan sağlamlığı üçün təhlükəsiz olar.
Sanitariya Epidemioloji Xidmətlər MMC uzun illərdir ki, bütün növ həşəratlara qarşı effektiv dezinseksiya xidməti həyata keçirir. Milçəklərlə mübarizəni şirkətimizin peşəkar mütəxəssislərinə həvalə etməklə yayı problemsiz keçirə bilərsiniz.
Biz sizin evinizi, bağınızı, həyətinizi dərmanlayaq, siz rahat istirahət edin.