Milceklere qarsi mubarize

Milçəklərə qarşı mübarizə

Xəstəlik mənbəyi olan milçəklər – onlardan necə qurtulmaq olar?

Sürətlə artan və təhlükəli xəstəliklər yayan, çox murdar canlı olan milçəklər buğumayaqlılar tipinin həşəratlar sinfinə, ikiqanadlılar (Diptera) dəstəsinə aiddir.

Milçəyin xarici görünüşü

Milçəyin bədən uzunluğu bir neçə millimetrdən 2 sm-ə qədər ola bilər. Onun iki qanadı, böyük başı, ağzı və iki iri gözü var. Milçəyin bədəni üç hissədən ibarətdir: baş, qarın və sinə.  Üç cüt ayağı var. Həşəratın hər ayağı beş hissəyə bölünür. Bir hissəsi ayaqdır, iki iti pəncəsi və yapışqan yastıqkimiləri var. Ayaqlarındakı bu xüsusiyyətə görə milçək tavanda və divarda rahat dayana və sürətlə hərəkət edə bilir.

Milçəyin qeyri-adi gözləri var. Onun gözləri dairəvi baxış qabiliyyətinə malikdir. Ona görə də milçəklər eyni vaxtda yan və hətta arxada baş verən hər şeyi asanlıqla görə bilir. Qoxuları çox uzaqdan hiss edə bilən antenaya bənzər qoxu orqanları var.

milçəklərə qarşı mübarizə

Milçəklər isti yerlərdə yaşayır

Milçəklər istini sevən həşərat olduğundan  Antarktidadan başqa dünyanın hər yerində yaşayır. Əsasən heyvan yuvalarına və insan məskənlərinə yaxın yerlərdə yaşayır. Milçəklər sıfır temperaturda yaşaya bilmir. Temperatur 10 dərəcədən aşağı düşdükdə milçəyin yumurtaları məhv olur.

Milçəklər nə ilə qidalanır?

Milçəklər bütün qidaları yeyə bilirlər. Onlar bərk qidaları tüpürcəklə isladırlar. Xüsusilə, şirin mayelərə və qidalara üstünlük verirlər.  Milçəklərin elə növləri var ki, yalnız soğan və ya yerkökü yeyir. Yalnız pendirlə qidalanan növləri də var.

Milçəklərin çoxalması

Bəziləri istisna olmaqla, milçəklərin əksəriyyəti yumurta qoyur. Cütləşmədən 2-3 gün sonra dişi milçək qidaların və tullantıların üzərinə yumurta qoymağa hazır olur. Bir dəfəyə 150 yumurtası olur. Bir dişi milçək həyatı boyunca 3 minə qədər yumurta qoya bilir. Bir gün sonra milçək sürfələri, qurdlar əmələ gəlir.

Bir həftədə sürətli inkişaf edən sürfələr 800 dəfəyə qədər böyüyür.

Milçəklərin növləri

Milçəklərin ümumilikdə 4000-nə qədər növü var. Onlardan daha çox yayılanları təqdim edirik:

Ev və ya otaq milçəyi

Bu boz həşərat hər yerdə, ən çox insan məskəninin yaxınlığında yayılmışdır. 2 aya qədər ömrü olur.

 Yaşıl (leş) milçək

Parlaq zümrüd rəngli bədəni var. Sanitar qovşaqlarda, kanalizasiya, zibillik, leş olan yerlərdə yaşayır.

Hover və ya sirfid

Xarici görünüşü arıya bənzəyir. Bu həşərat qara və sarı zolaqlı bədəni və şəffaf qanadları ilə seçilir. Hover bitkilərin nektarı ilə qidalanır və tamamilə zərərsizdir. Uçarkən qanadlarından qəribə səs çıxır.

Elnitsa və ya arı lili

Bu milçəklərin uzunluğu 1,5 sm-ə qədərdir. Bədəni tünd rəngli tüklə örtülmüşdür. Onların sürfələri təhlükəli infeksiya mənbəyidir. İnsan orqanizminə daxil olduqda ciddi bağırsaq pozğunluqlarına səbəb olur.

Ktyr milçəyi

Böyük, yırtıcı, zəhərli milçəkdir. Arılar, ağcaqanadlar və digər həşəratların qənimidir. Həşəratları zəhərli sancma ilə ovlayır. Zərərli həşəratları məhv etdiyinə görə faydalı hesab olunur.

Sese milçəyi

Əsas vətəni Afrikadır. Bu çox təhlükəli həşəratların əsas qida mənbəyi məməlilərin, mal-qaranın, eləcə də insanların qanıdır. Sese milçəkləri immun və sinir sistemini məhv edən və ölümlə nəticələnən sağalmaz bir xəstəliyə səbəb olan tripanosomların daşıyıcısıdır. 6 ay yaşaya bilir.

Milçəklər hansı xəstəliklərə səbəb olur?

Növündən asılı olmayaraq bütün milçəklər düşündüyümüzdən daha çox iyrənc həşəratlardır. Onlar çox sayda xəstəliyin törədicisidir. Araşdırmalar nəticəsində ev milçəyinin 351, leş milçəyinin isə 316 bakteriya növü daşıdığı aşkar olunub. Onlar xəstəlik törədən infeksiyaları ayaqları və qanadları vasitəsilə daşıyır. Zibilliyə, sanitar qovşaqlara qonduqdan sonra ərzaqların, xörəyin, insanların üzərinə qonaraq bakteriyaları nəql edirlər. Bu bakteriyaların əksəriyyəti insanları  xəstələndirir. Milçəklər bu xəstəliklərə səbəb olur: bağırsaq xəstəlikləri, qan zəhərlənməsi, sətəlcəm və s.

Milçəklərə qarşı mübarizə

Milçəklərdən can qurtarmaq elə də asan deyil. Ən effektiv üsul dezinseksiya (həşəratların məhv edilməsi üçün kompleks tədbirlər) tədbirləridir. Müxtəlif dərmanlar, yapışdırıcı tələlər və s.

Dezinseksiya sahəsində illərin təcrübəsi və peşəkar komandaya malik Sanitariya.az şirkəti milçəklərlə mübarizədə sizə yardımçı ola bilər.  Digər dezinseksiya xidmətləri ilə bağlı ətraflı məlumat ala yaxud bizimlə birbaşa əlaqə saxlaya bilərsiniz.

Related Blog