kif gobeleyi

Kif göbələyinin bilmədiyiniz zərərləri – 2024

Qidada kif göbələyi qaraciyər xərçənginə səbəb olur

Yay fəslində temperaturun yüksək olması səbəbindən qida məhsullarının saxlanma müddəti azalır. Bu səbəbdən də qida zəhərlənmələri daha çox yay aylarında artır. Çünki yayda qida məhsulu bir neçə saatlıq soyuducudan kənarda qaldıqda onun içərisində zəhərlənməyə səbəb olan patogen maddələr toplanır. Kif göbələyi də zəhərlənmələrə səbəb olur. Onun tərkibində olan toksiki maddələr insan orqanizminə mənfi təsir göstərir. Xüsusilə də qaraciyəri zədələyir. Tədqiqatlar göstərir ki, uzun müddət kif göbələyinə məruz qalan insanlarda qaraciyər xərçəngi təhlükəsi var.  Ona görə də heç vaxt kiflənmiş qida yemək olmaz. Bəzən insanlar qidanın üzərindəki kifi götürüb alt hissəsini yeyirlər. Bu qətiyyən olmaz. Çünki kiflənmiş qidanın içərisində də göbələk sporları olur. Bu da zəhərlənməyə səbəb olur.

Zəhərlənmənin əlamətləri

Kif göbələyindən zəhərlənmə zamanı insanda bu əlamətlər özünü biruzə verir: ürəkbulanma, qusma, halsızlıq və s. Əgər kif göbələyi ilə təmasda olmusunuzsa, həkimə müraciət edin. Xəstənin qanı təmizlənir. Qaraciyərin zədələnmiş hüceyrəsini bərpa etmək və gələcəkdə fəsadların olmaması üçün qoruyucu preparatlar təyin olunur.

Qidanın kiflənməsinin qarşısını necə almaq olar?

Ev şəraitində qidaları soyuducudan kənarda saxlamayın. Qida sənayesində xüsusi konservləşdirilmiş maddələrdən istifadə olunur ki, bu da məhsulun uzun müddət saxlanılması üçündür. Bu maddələrin istifadəsinə Səhiyyə Nazirliyi tərəfindən icazə verilir. Bu qida əlavələrinin tərkibində xüsusi qoruyucu maddələr var ki,  göbələyin inkişafının qarşısını alır. Kif göbələyinə qarşı mübarizədə ozon dezinfeksiyasının da əhəmiyyəti böyükdür. Qida sənayesində müəyyən qaydalara əməl etməklə ozon dezinfeksiyası aparılır.    

Related Blog