Kif göbələyi

Kif göbələyi, zərərləri və mübarizə üsulları

Kif göbələyi necə yaranır?

Kif göbələyi nəm şəraitdə böyüyən bir göbələk növüdür. Qara, qəhvəyi, sarı, yaşıl və ağ rəngdə ərplərdən ibarət olur. Binaların soyuq yerlərində nəmliyin olması kif göbələyinin inkişafı üçün şərait yaradır. Havada olan kif göbələyinin sporları nəm səthlərdə böyüməyə və çoxalmağa başlayır. Sporlar binanın digər hissələrinə yayılır. Əsasən hamamda, sanitar qovşağında, divarların künclərində, pəncərələrin altında, tavanda, mebellərin arxasında və içərisində rast gəlinir.

Yağıntıların bolluğundan asılı olaraq nəmlik əsasən yaz və payız aylarında artır.

Məkanın daxilində temperaturda kəskin fərq yarandıqda, havası pis dəyişdirildikdə, yaxşı qızdırılmadıqda nəmlik yaranır.

Plastik qapı, pəncərə olan məkanlarda kif göbələyinin  yaranma riski daha çoxdur. Çünki bu tip pəncərələr havanı yaxşı buraxmır.

Pəncərə çərçivələrinin arasından, təmizlənməmiş və ya sınıq navalça borularından, eləcə də damların digər zədəli hissələrindən su sızması da binanın daxilində nəmliyə səbəb olur.

Su və kanalizasiya borularından zirzəmiyə sızan sular da yuxarı divarlara udularaq nəmlik yaradır.

Havada su buxarı çox olduqda damcılara çevrilərək nəmliyə səbəb olur.

Kif göbələyi əşyalara ciddi zərər verir. Divarlar, döşəmələr, tavanlar, mebellər, geyim və ev əşyaları ləkəli, pis görkəmli vəziyyət alır. Parça məmulatlarında yuyulmaqla getməyən ləkələr qalır. Hətta nəmin təsirindən parça və kağız məmulatları çürüməyə məruz qalır.

Kif göbələyinin insan sağlamlığına zərəri

Kif göbələyi məkanın estetik görünüşünü bərbad etməklə yanaşı, həm də insan orqanizmi üçün təhlükəli xəstəliklərə səbəb olur.

İnsan nəfəs aldıqca kif göbələyinin sporları tənəffüs orqanları vasitəsilə sürətlə orqanizmə, qan-damar sisteminə daxil olur. Bunun nəticəsində baş gicəllənməsi, baş ağrıları, ürəkbulanma və qusma müşahidə olunur.

Həmçinin sporların nəfəs yollarına daxil olması nəticəsində yuxarı tənəffüs orqanlarının xroniki xəstəlikləri və öskürək baş verir. Kif göbələyinin yüksək allergen xüsusiyyəti astma, allergik rinit, burun axması kimi simptomların səbəbkarıdır.

Revmatizm xəstəliyinin əsas törədicisi nəmlikdir. Miqren, mədə-bağırsaq problemindən uzaq olmaq üçün, özünüzü kif və nəmdən qoruyun.

Kif göbələyi həmçinin dəri xəstəlikləri törədir. Dermatitə səbəb olur.

Kif göbələyinin təsirinə məruz qalmış insanlarda saçların tökülməsi, dırnaqların zədələnməsi müşahidə edilir.

Nəmlik insanı zəiflədir. Xroniki yorğunluq yaradır.

Sadalanan problemlərə əsasən immun sistemi zəif olan insanlarda, uşaq və yeniyetmələrdə rast gəlinir. Çünki onlar kif göbələyinin təsirinə həssasdırlar.

Kif göbələyinin sporları soyuducudan kənarda qalan qida məhsullarının üzərinə də yayılır. Kiflənən qida isə zəhərlənməyə səbəb olur.

Kif göbələyinin yaranmaması üçün nə etməli?

Kif göbələyinin əmələ gəlməməsi üçün ilk növbədə məkanda rütubət aşağı səviyyədə saxlanılmalı, vaxtaşırı havalandırılmalıdır. Bol oksigen olmalıdır. Məkana günəş işığı düşməlidir.

Məkanda sabit istilik olmalıdır. Yataq otağının temperaturu 16-20, evin digər hissəsinin isə 19-22 dərəcə arasında olmalıdır ki, nəmlik yaranmasın.

İçəridə nəm paltar qurutmaq olmaz.

Nəmlik olan məkanlarda mebeli divara çox yaxın yerləşdirmək olmaz. Çünki mebellə divar arasındakı məsafə az olduğundan orada havasızlıq yaranır. Bu da kif göbələyinin yaranmasına səbəb olur.

Duş qəbul edərkən, yemək bişirərkən vanna otağının və ya mətbəxin qapısını bağlayın, pəncərəni isə açın. Bu zaman buxar digər otaqlara deyil, bayıra çıxacaq.

Qidalarda kif göbələyinin əmələ gəlməməsi üçün onları soyuducudan kənarda saxlamayın.

Kif göbələyi ilə mübarizə

Kiflə mübarizə dedikdə ilk yada düşən müxtəlif yuyucu vasitələrlə kifin silinməsidir. Silməklə səthlərdə olan kif təmizlənir. Ancaq bu işin gözə görünən tərəfidir. Kifin dərində olan kökləri və havada qalan göbələk sporları  yenidən inkişaf edir.

Kif göbələyi ilə mübarizənin ən tez və effektiv üsulu ozon dezinfeksiyasıdır. Ozon dezinfeksiyası kif göbələyinin həm görünən, həm də görünməyən hissələrini və sporlarını məhv edir.

Ozonla dezinfeksiya edildikdə məkan təmiz olur. Nəm qoxusu da çəkilir.

Kif göbələyi ilə mübarizədə şirkətimizə güvənə bilərsiniz. Biz nəinki ləkələri, hətta havada gözlə görünməyən göbələk sporlarını məhv etməklə sağlamlığınızı qoruyuruq.  

Sizi maraqlandıran suallara ətraflı cavab tapmaq üçün bizimlə əlaqə saxlaya yaxud digər dezinfeksiya xidmətləri ilə tanış ola bilərsiniz.

Related Blog