İlanları cəlb edən kərtənkələlər, onlarla mübarizə üsulları
Milyonlarla il mövcud olan canlılardan biri də kərtənkələlərdir. Bu sürünənlərin 3 mindən çox növü var. Yalnız 2 növ – jilatye və eskorpion zəhərli kərtənkələlərdir. Kərtənkələlər müxtəlif ölçülərdə olur. Növündən asılı olaraq boyu 1,6 sm – lə (jaraqua) 2,6 metr (Komodo əjdahası) arasında dəyişir.
Kərtənkələlər haqqında maraqlı faktlar:
Kərtənkələlərin müxtəlif qabiliyyətləri haqqında çox maraqlı faktlar var:
Bəzi kərtənkələlər düşməni tərəfindən tutulsa, quyruqlarını ayıra bilirlər. Bu, onların tez uzaqlaşmasına kömək edir. Bir neçə aya quyruq bərpa olur.
Kərtənkələlərin buqələmun növü rəngini dəyişir. Bunun bir neçə səbəbi var. Həm onların, həm də havanın temperaturu ilə əlaqəli ola bilər. Həmçinin ünsiyyət vasitəsi kimi rəngini də dəyişə bilər. Düşmənlər ətrafda olduqda rəng dəyişmə kərtənkələnin gizlənməsinə kömək edir.
Buqələmunların digər bir qabiliyyəti eyni anda müxtəlif istiqamətlərə baxmasıdır. Nə qədər çətin olsa da buqələmunlar asanlıqla müxtəlif istiqamətlərə baxa bilirlər. Onların bir gözü sola, digəri isə sağa baxmağa qadirdir. Buqələmunun gözləri qabarıqdır, o eyni anda iki fərqli obyektə baxmağı bacarır.
Buynuzlu kral kərtənkələsi düşmənini çox təəccüblü metodla qorxudur. O, xüsusi əzələlərindən istifadə edərək gözlərindən və onların ətrafından qan ifraz edir. Qan bir metr məsafəyə fışqırır və düşmən qorxaraq uzaqlaşır.
Alipinst kərtənkələlər
Kərtənkələlər divarda, tavanda rahat gəzə bilirlər. Buna səbəb ayaqlarının altında tüklərin olmasıdır. Bu tüklər kərtənkələnin ayaqlarının səthlərə yapışmasına kömək edir. Ancaq bunlar mikroskopik tüklər olduğu üçün gözlə görünmür.
Üzgüçü kərtənkələlər
Kərtənkələlərin çoxu üzmək qabiliyyətinə malikdir. Yaşıl kərtənkələ daha bacarıqlıdır. O suda qaça bilir.
Kərtənkələlər günəş vannası qəbul edir
Kərtənkələlər günəş altında çox otururlar. Çünki onlar soyuqqanlıdırlar və bədən temperaturlarını tənzimləyə bilmirlər. Ona görə də günəş altında oturmağa məcburdular.
Kərtənkələlərin yeməyi
Kərtənkələlərin sevimli yeməyi həşəratlardır. Qarışqa, böcək, milçək, hörümçək, ilbiz, qurd, çəyirtkə və s. Bitki və meyvə yeyən kərtənkələlər də var.
Kərtənkələ ömrü
Kərtənkələlərin növlərinin müxtəlifliyindən asılı olaraq ömürləri də fərqlidir. Ən uzun ömürlü kərtənkələlər 50 il yaşaya bilər.
Kərtənkələlər hansı canlıların qidasıdır
Kiçik kərtənkələləri iri hörümçəklər, əqrəblər, böyük kərtənkələlər, ilanlar, quşlar və məməlilər ovlayıb yeyirlər.
Kərtənkələlərin çoxalması
Kərtənkələlər yumurtlama yolu ilə çoxalır. Onların növündən asılı olaraq bir dəfəyə qoyduğu yumurtaların sayı 1-lə 85 arasında dəyişir.
Əsl kərtənkələlər fəsiləsinə aid və “meşə kərtənkələləri” (yaşıl kərtənkələ) adlanan növ isə diridoğma yolu ilə çoxalır.
Kərtənkələ olan yerə ilan gəlir
Kərtənkələnin əsas düşmənlərindən biri ilanlardır. İlanlar kərtənkələ ovlayıb yeyir. Bu səbəblə kərtənkələlərin olduğu yerə ilanlar cəlb olunur. Buna görə də kərtənkələləri ətrafdan uzaqlaşdırmaq lazımdır.
Kərtənkələ ilə mübarizə
Kərtənkələ ilə mübarizə tədbirləri çox çətindir. Çünki kərtənkələyə qarşı bilavasitə dərman yoxdur. Bu bütün dünyada belədir. Kərtənkələləri onların qidalandığı həşəratları (qarışqa, böcək, milçək, hörümçək, ilbiz, qurd, çəyirtkə) tələf etməklə ərazidən uzaqlaşdırmaq mümkündür.
Digər bir üsul isə kərtənkələlərin yuvasının qarşısına və ya tez-tez görünən yerlərə yapışqan lövhələr yerləşdirməkdir. Kərtənkələ lövhəyə yapışır və beləcə yaxalanır. Bir yapışqan lövhəyə bir neçə kərtənkələ yapışa bilir. Kərtənkələ və digər zərərvericilərlə mübarizə üçün peşəkarlardan dəstək almaq və ətraflı məlumat üçün deratizasiya xidməti hissəsinə keçid edib ətraflı məlumat ala bilərsiniz.