Kafel-metlax-təmizliyi

Kafel, metlax təmizliyi

Hamamlar, idman zalları, restoran və otellərin mətbəxləri, duşları, sanitar qovşaqları, klinikaların əməliyyat otaqları, eyvanlar, dəhlizlər və s. yerlərdə kafel və metlaxdan istifadə olunur. Gündəlik istifadə olunan bu materiallar müxtəlif səbəblərdən tez-tez çirklənməyə məruz qalır. Üzərinə su, yağ, toz, kir, ləkələr düşür.  Həmçinin təmirdən sonra müxtəlif ləkələr yaranır. Uzun müddət təmizlənməyəndə çirkli və qaralmış görünür. Təmizlənmiş kafel isə parlaq olur.  Bu səbəbdən də onlar müntəzəm təmizlənməlidir.

Mətbəx, hamam otağı, sanitar qovşağı kimi yerlər şəxsi sahələr olduğu üçün xüsusilə diqqətdə olmalıdır. Bu sahələrdə daha çox gigiyenik qaydalara əməl edilməlidir.

Kafel təmizləmə üçün seçdiyiniz məhsullara xüsusi diqqət yetirmək lazımdır. Keyfiyyətli yuyucu vasitələrdən istifadə etmək vacibdir. Kafel, metlax təmizliyində təbii vasitələrə üstünlük verənlər aşağıdakı tövsiyələrə əməl edə bilərlər:

Kafel, metlağın alma sirkəsi ilə təmizlənməsi

Təbii vasitələrdən ən çox tövsiyə ediləni sirkədir.  Bunun üçün şüşənin  yarısına qədər ilıq su tökün. Alma sirkəsi əlavə edərək  doldurun. Hazırlanmış qarışıqda islatdığınız parça və ya süngəri kafellərə sürtərək təmizləyin. Adi sirkənin də bir stəkan miqdarını bir vedrə suya qarışdırıb kafelləri sürtərək yumaq olar.

Soda və ağardıcı qarışımı

Təbii vasitələrdən ən çox tövsiyə ediləni sirkədir.  Bunun üçün şüşənin  yarısına qədər ilıq su tökün. Alma sirkəsi əlavə edərək  doldurun. Hazırlanmış qarışıqda islatdığınız parça və ya süngəri kafellərə sürtərək təmizləyin. Adi sirkənin də bir stəkan miqdarını bir vedrə suya qarışdırıb kafelləri sürtərək yumaq olar.

Sabunla təmizlik

Yarım vedrə su ilə sabunu  qarışdırın. Süngəri və ya parçanı qarışığa batırıb kafellərə sürtün. Sonra yuyun. Bu qarışıq həm kafelləri parıldadacaq, həm də ətrafa ətir yayacaq.

Kremlərdən istifadə

Daha ağır kirlərdə krem ​​təmizləyicilərdən istifadə edə bilərsiniz. Mətbəx, duş kabinəsi və sanitar qovşaqlardakı kafellərdə çətin çıxan kirlərin olduğu yerlərdə yaxşı nəticə verir. Krem kafellərə çəkilir, sürtülür və su ilə yuyulur.

Sprey və krem kimi çeşidləri olan təmizləyicilər kirəcdən təmizləmə və cilalama kimi funksiyalara malikdir.

Kafel aralarini təmizləmək

Kafellərin aralıqları zaman keçdikcə qaralmağa başlayır. Nəm yerlərdə bu aralıqlarda kif göbələkləri yığılır. Gümüş böcəkləri olur. Aralıqları təmizləmək üçün ən çox tövsiyə olunan üsul diş fırçası ilə ağardıcı sürtməkdir. Fırçanı ağardıcıya batırın və aralıqlara sürtün.

Kafeli təmizləmək üçün yuyucu tozlardan da istifadə etmək olar. Tozu fırçanın köməyi ilə kafellərin aralarına sürtün, sonra bol su ilə yuyun.

Kafel, metlax təmizliyində edilməli vacib qaydalar

Kafel və metlaxların  təmizlənməsi davamlı olmalıdır. Kafellər müntəzəm təmizlənmədikdə, ləkələri çıxarmaq çox çətinləşir. Hətta çıxmaya bilər.

Döşəmə metlaxlarının hər gün, divar kafellərinin isə 2 – 3 həftədən bir təmizlənməsi tövsiyə edilir.

Kafeli təmizləyərkən yumşaq süngərdən istifadə etmək lazımdır. Bu kafellərin cızılmasının qarşısını alır.

Təmizliyi divardan başlayıb döşəmədə bitirmək lazımdır. Təmizlədikdən sonra kafel və metlaxları bol su ilə yuyun. Məkanın havalandırılması da vacibdir.

Kafel metlax təmizliyi xidməti

Kafel metlax təmizliyini həyata keçirmək üçün özünüzün vaxtınız və fiziki gücünüz yetməyə bilər. Bunun üçün ixtisaslaşmış şirkətlərə müraciət edə bilərsiniz. Sanitariya.az şirkəti içtimai hamamlar, fitnes-idman zallarının sanitar qovşaqları və duşları, klinikalarda əməliyyat otaqları, sanitar qovşaqları, restoran və otellərin mətbəxləri, eyvanları, dəhlizləri və s. məkanların kafel və metlax hissələrində yüksək səviyyəli təmizlik, dezinfeksiya və cilalama işləri həyata keçirir.

Related Blog