İlbiz haqqinda melumat
İlbizlər yer kürəsinin ən qədim sakinlərindən biridir. Onların təxminən 600 milyon il tarixi var.
Təxminən 32 min növü var.
İlbizlər hər mühitə uyğunlaşa bilirlər. Əlverişsiz mühitdə altı aya qədər qışlaya bilər. Ağac gövdələrində, torpağın altında qışlayırlar.
İlbizlərin ömrü orta hesabla 6-7, maksimum 15 ildir.
İlbizlərin görmə qabiliyyəti zəifdir. Onlar ancaq gündüzü gecədən ayıra bilirlər.
Qoxu hissi isə güclüdür. İki metrlik məsafədən qoxunu alır. Eşitmə və səs çıxarmaq qabiliyyətləri heç yoxdur.
İlbizlər güclüdürlər. Öz çəkilərindən dəfələrlə ağır olan əşyaları daşıyırlar.
Ən böyük ilbiz çəkisi 15-18 kq olan Avstraliya dəniz ilbizidir.
İlbizlərin qabığının rəngi qidasının tərkibindən və yaşadığı torpağın rəngindən asılı olaraq dəyişir.
Əsasən nəmli yerlərdə yaşayır. Bədənlərində bol su var.
İlbizlər ən tənbəl canlılardandır. 1 dəqiqədə 7 sm gedə bilirlər.
İlbizlərin qidalanması
İlbizlər həm otyeyən, həm də ətyeyəndirlər. Onlar göbələklər, yosunlar, müxtəlif növ bitkilər və onların meyvələri, çiçəkləri, gövdələri, yarpaqları, çürüyən bitki qalıqları, kiçik həşəratlar ilə qidalanır.
İlbizlərin kobud dili, çoxlu dişləri var. Onlar qidanı çeynəmir, dişlərinin köməyi ilə üyüdürlər. Qida yeməyərək 3 il yata bilərlər.
İlbizlərin çoxalması prosesi
İlbizlərin çox maraqlı artımı var. Çoxalma üçün qarşı cinsə ehtiyac yoxdur. Onların əksəriyyəti özlüyündə həm dişi, həm erkəkdir. İyul – avqust aylarında yumurta qoyurlar. Bir dişi ilbiz (mövsüm ərzində 8-10 topa olmaqla) həyatı boyunca 400-ə qədər yumurta qoyur. Sürfələr yunurtadan maksimum 1 ayadək çıxır.
İlbiz əti yeyənlər
Bizim iyrəndiyimiz ilbizin əti başqa ölkələrdə ən qiymətli delikates kimi yeyilir. Məsələn, Avropa və Şərq ölkələrinin çoxunda. Fransada daha çox varlı insanların süfrələrində yer alan ilbiz əti həddindən artıq bahalıdır. Çünki proteini yüksək, xolestrolu az, zülalla zəngin olan ilbiz ətinin çox xoş dadı var. İnsana yüksək enerji verir.
Dünyada ilbiz kürüsünün istehsalı kütləvi hal alsa da ölkəmizdə bu sahə ilə məşğul olanlar azdır.
Azərbaycanda istehsal olunan ilbiz kürüsünün 1 kiloqramının qiyməti 6000 manatdır. Bu məhsula əsasən xarici bazarlarda tələbat yüksəkdir.
İlbiz əti və kürüsü insan üçün faydalıdır
İlbizin kürüsü çox qiymətli müalicə vasitəsi kimi tibdə tətbiq olunur. Yanıqların sağalması, ginekoloji problemlər, cinsi zəiflik və s. xəstəliklərin dərmanıdır. Müxtəlif dərman preparatlarının hazırlanmasında istifadə edilir.
İlbiz əti yemək orqanizmin immunitetinin artmasına kömək edir. Müxtəlif yaraları, iltihabı sağaldır.
Epilepsiyalı xəstələrin beyninin sinir toxumasının donoru kimi ilbizlər üzərində eksperimentlər aparılır.
İlbizin kosmetoloji faydaları
İlbizin kürüsü çox qiymətli müalicə vasitəsi kimi tibdə tətbiq olunur. Yanıqların sağalması, ginekoloji problemlər, cinsi zəiflik və s. xəstəliklərin dərmanıdır. Müxtəlif dərman preparatlarının hazırlanmasında istifadə edilir.
İlbiz əti yemək orqanizmin immunitetinin artmasına kömək edir. Müxtəlif yaraları, iltihabı sağaldır.
Epilepsiyalı xəstələrin beyninin sinir toxumasının donoru kimi ilbizlər üzərində eksperimentlər aparılır.
İlbizlərin zərəri
Yəqin ki, bitkilərin yarpaqlarını deşik- deşik görmüsünüz. Meyvələrin yarıyeyilmiş vəziyyətini də. Buna səbəb ilbizlərdir. Onlar əsasən gecələr fəaliyyətə başlayırlar. Hətta ağaclara daraşaraq qabığını da yeyirlər. Bitkiləri və meyvə – tərəvəzi yararsız hala salırlar.
İlbizlərə qarşı mübarizə
Bu zərərvericilərlə mübarizə üçün bioloji və kimyəvi üsullardan istifadə etmək olar. Bioloji üsullarla bağçanızda ilbizlərin sevmədiyi bitkilər əkə bilərsiniz. Bunlara günəbaxan, lavanda, pion daxildir. Bu bitkiləri çoxlu əkin. İlbizlərin gəlməsinin qarşısını alacaq.
Tərəvəzə daraşan ilbizləri əllə yığın.
Bitkilərinizi səhərlər sulayın. Çünki ilbizlər gecə gəlir. Bağçanı səhər sulasanız, gecə ilbizlər gələnə qədər torpaq quruyacaq. İlbizlərin gəlişi çətinləşəcək.
Bitkilərin aşağı hissəsini birbaşa suvarmayın. Aralarında quru məsafə saxlayın. Bu ilbizlərin tərəvəzə yaxınlaşmasını çətinləşdirir, çünki ilbizlər nəmli torpağı sevirlər. Quru hissədən keçə bilməyəcəklər.
Bağçanızda quşlar və kirpilər varsa, onlardan da ilbizlərlə mübarizədə istifadə edə bilərsiniz.
İlbizlərin üzərinə duz və şəkər tökməklə onları məhv etmək olar. İlbiz probleminə birdəfəlik son qoymaq istəyirsinizsə bizimlə əlaqə saxlaya yaxud deratizasiya xidmətləri hissəsindən ətraflı məlumat ala bilərsiniz.