İlanlara və ilan sancmasına qarşı tədbirlər – həkim məsləhəti

Yayın qorxulu kabusu ilanlar. Nələri bilməliyik? Yay ayları ilansancmaların aktivləşdiyi mövsümdür. İlanların aktivliyi günəşlə əlaqədardır. Nə qədər hava istidirsə, ilanların zəhəri də bir o qədər çoxdur. İlanlar zəhərli və zəhərsiz olur. Gürzəkimilər ailəsinə aid olan ilanlar zəhərlidir və insan həyatı üçün təhlükəlidir. Gürzənin xarici görkəmi də digərlərindən fərqlənir.  Onun yastı üçkünc başı olur. Gürzənin zəhəri yumurtanın içində olarkən yaranır. İlan nə qədər yaşlı və böyükdürsə, zəhəri də o qədər güclü olur.

İlan sancarkən nə etməli doğru bildiyimiz yanlışlar

El arasında belə bir fikir var, ilan sancan yeri sıxıb bağlamaq. Bu tamamilə səhv fikirdi. İlan sancması zamanı sıxıcı, turna qoymaq olmaz. Bu zaman fəsadlar yarana bilər. Elmi tədqiqatlara görə, 5 dəqiqəlik sıxıcı qoyulduqda ağırlaşmaların və ölüm hallarının sayı dəfələrlə artır. İlan sancdıqda həkimə müraciət edilməlidir. İlan zəhəri əleyhinə zərdab vurulmalıdır. Həkiməqədərki vaxtda ilan sancan yeri hərəkət etdirmək olmaz. Yaranı dezinfeksiya edici məhlullarla təmizləmək və buz qoymaq olar. Ağrı əleyhinə ağrıkəsici qəbul etmək olar.

İlanları necə uzaqlaşdırmaq olar?

İlanların əraziyə cəlb olunmaması üçün həmin yeri təmiz saxlamaq lazımdır. Daş qırıqlar, otlar ilanların gizləndiyi yerlərdir. Toyuq, quşlar, xırda heyvanlar saxlayırsınızsa, bu, ilanları cəlb edəcəkdir. Əraziləri dərmanlamaqla da ilanları oradan uzaqlaşdırmaq olar.

Related Blog