İdman zallarında infeksion xəstəliklər – Havaların soyuması ilə əlaqədar olaraq qapalı zallarda idmanla məşğul olmağa üstünlük verilir. Beləliklə bir çox infeksion xəstəliklərin yayılması üçün əlverişli şərait yaranır. Bu xəstəliklər hansılardır? Onlara qarşı hansı profilaktik tədbirlər görülməlidir? Bu və digər suallara ətraflı cavabı Sanitariya.az-a müsahibə verən infeksion xəstəliklər və klinik mikrobiologiya üzrə uzman həkim Mədinə Abdullayevanın açıqlamasında təqdim edirik: “Qapalı sistem, ümümi istifadə olunan idman alətləri, ayaq geyimləri, duş otaqlarının vaxtaşırı dezinfeksiya olunmaması bir çox infeksion xəstəliklər baxımından risk təşkil etməkdədir. Xüsusilə burada diqqəti çəkmək istəyirəm, tənəffüs yolu ilə yayılan infeksiyalara. Qapalı ortamlarda bunlar daha sürətlə yayılmaqdadır. Məsələn, qrip, covid, üst tənəffüs yolu respirator infeksiyaları, rinoviruslar, parainfluenza, influenza virusları. Bunların yayılma ehtimalı daha yüksəkdir”. Həkim qeyd edir ki, bu infeksiyalar hava-damcı yolu ilə yayılsa da idman salonlarında istifadə olunan alətlərdən də yoluxma baş verir: “Biz asqırdıqdan, öskürdükdən sonra əgər əlimizi təmizləməsək və bu əllərlə alətləri istifadə etdiyimizdə infeksiyaları onların üzərinə keçirmiş oluruq. Əgər zalda rutin təmizləmə işləri aparılmırsa, infeksiyaların bizdən sonra gələn insanlara alətlər vasitəsilə yayılması mümkündür”.
İdman zallarında ən çox yayılan infeksiyalardan birinin də göbələk olduğunu vurğulayan ekspert bunun səbəbini də açıqlayıb: “Biz idman edərkən dərimiz tərləyir və eyni zamanda sürtünmə nəticəsində mikro minimal çatlaqlar əmələ gəlir və buradan da infeksiyalar asanlıqla vücudumuza keçə bilir. Özəlliklə də göbələklər. Xüsusilə bədən nəm qaldığında, eyni zamanda idman salonlarında istifadə olunan duşlarda və ya sulu yerlərdə ayaqyalın gəzəriksə, bu, yoluxma riskini daha da artırır”.
Həkim nələrə diqqət etməli olduğumuzu da qeyd edib. Tərlədikdən, idmanla məşğul olduqdan sonra mütləq duş qəbul etməyi, istifadə edilən idman alətlərinin üzərinə özümüzün təmiz dəsmallarımızı sərməyi, duş otağında ayaqyalın gəzməməyi tövsiyə edir”.
İdman salonlarında hansı gigiyenik qaydalara əməl olunmasını sadalayan ekspert deyir ki, burada mütləq rutin təmizlik aparılmalıdır: “ Bu təmizlik işləri gün içərisində gələn idmançı, insan sayına uyğun olaraq tez-tez aparılmalıdır. Cihazlar dezinfektanlarla günlük olaraq səthi təmizlənməlidir. Digər önəmli olan idman salonlarında havalandırma sistemidir. Qapalı ortam olduğu üçün bunlarda xüsusi hepofilterli kondinsioner sistemi istifadə edilməlidir. Əgər pəncərəli sistemdirsə, vaxtaşırı olaraq açıq havayla içərinin havası dəyişdirilməlidir”.
Həkim tövsiyələrindən sonra idman zallarındakı vəziyyətlə maraqlandıq. “İrs” idman klubunun rəhbəri Ramin Babayev deyir ki, zalda hər gün dezinfeksiya işləri aparılır: “Hər axşam döşəmə, yer xlorla silinir. İdman aparatları kimyəvi maddələrlə tez-tez təmizlənir. Çünki onlardan istifadə olunur, əl dəyir. Əl dəyilən yerləri təmizləyirik. Ondan əlavə, duş otağımız, oradakı ayaq geyimləri kimyəvi maddələrlə təmizlənir”.
Zalın havalandırılmasına gəlincə, məşqçi təmiz hava ilə havalandırıldığını deyir. İdmançılardan kimsə xəstə olduqda evdə qalmaq və müalicədən sonra zala gəlmək xəbərdarlığı edildiyini bildirdi.
Sanitariya. az şirkəti bu cür müəssisələrdə dezinfeksiya işlərini tam təminatlı və yüksək keyfiyyətlə həyata keçirir.