Su anbarlarının təmizlənməsi
Qidalanmanın əsas ünsürlərindən biri də sudur. Susuz həyat yoxdur. Sağlamlığa birbaşa təsir edən amillərdən biri də suyun keyfiyyətidir.
Hər il dünyada iki yüz milyon insan su vasitəsilə müxtəlif infeksiyalara yoluxaraq xəstələnir. İki milyona qədər insanın ölümünə sudan keçən infeksiyalar səbəb olur.
Zaman keçdikcə su anbarları çirklənməyə məruz qalır. Suya pas, çirk, göbələk və s. mikroorqanizmlər yığılır ki, bu da bir çox təhlükəli xəstəliklərə səbəb olur. Qızdırma, ishal, vəba, tif kimi xəstəliklər məhz bu səbəblə yaranır. Bu səbəblərdən su anbarlarının təmizlənməsi vaxtaşırı olunmalıdır. Bu proses ildə 2 dəfə, 6 aydan gec olmayaraq həyata keçirilməlidir.
Su çənlərinin təmizlənməsi
İçməli suyun keyfiyyətinin qorunması üçün çəninizi vaxtında təmizləməlisiniz.
Suyun çirklənməsinin qarşısını almaq üçün müəyyən bir müddətdən sonra çənlər dezinfeksiya olunub, yuyulmalıdır.
Əgər yeni çən almısınızsa, istifadə etməzdən əvvəl dezinfeksiya edilməlidir, sonra maksimum təzyiqli su ilə yuyulmalıdır.
İşlənən çəndə 3 gündən çox müddətdə qalıq su varsa, istifadə edilməməli, boşaldılmalı, yuyulub yenidən doldurulmalıdır.
Çən tam boşaldıqdan sonra dezinfeksiya edilə bilər. Su çənlərinin təmizlənməsi və dezinfeksiyası vacib ünsürlərdən biridir.
Su borularının təmizlənməsi
Yeni su boruları quraşdırılıbsa, yaxud da mövcud borular təmir olunubsa, istismara verilməzdən əvvəl onların daxili yuyulub dezinfeksiya edilməlidir. Çünki quraşdırma zamanı boru kəmərinə çirkləndiricilər və yad cisimlər düşə bilər.
İşlənmiş su boruları mütəmadi olaraq yuyulmalı və dezinfeksiya edilməlidir.
Su çəni varsa dezinfeksiya əvvəlcə çəndən başlamalıdır. Çən təmizləndikdən sonra müəyyən sürətlə dezinfeksiyaedici məhlullar bütün qurğulara ötürülür. Daha sonra bütün kranlardan təmiz su gələnə qədər orta hesabla 5 dəqiqə su axıdılır.
Dezinfeksiya nəticəsində borularda olan bütün bakteriya və sporlar məhv olur.
Borular ən az ildə 1 dəfə təmizlənməlidir. Daha yaxşı keyfiyyətli su əldə etmək üçün bu prosesi ildə 2 dəfə təkrarlamaq məsləhət görülür. Qeyd etdiyimiz kimi su borularının təmizlənməsi vacib və əhəmiyyətli mövzudur.
Hovuz təmizlənməsi
Hovuz dedikdə ilk ağlımıza gələn gözəl istirahətdir. İstirahət, idman, estetik görünüş üçün önəmli məkan hesab edilən hovuzlar təmiz olmasa bu məqamdan geriyə qalan ciddi infeksion xəstəliklər ola bilər.
Durğun suda həmişə bakteriyalar toplaşır. Kafellərin arasında bakteriyalarla yanaşı yosunlar da yaranır.
Həmçinin suya ölü dəri hissəcikləri, saç, tər, kosmetika qalıqları və s. tökülür. Külək də suya müxtəlif zibillər gətirir. Çirklənmiş su yoluxucu xəstəliklərə səbəb olur. Çirkli suyun fəsadları təkcə xəstəliklərlə bitmir. Həm də hovuzun avadanlıqları sıradan çıxır. Bunların hamsını nəzərə alsaq, hovuz təmizlənməsi həm məkanınızın yaxşı görünməsi, həm insan sağlamlığı həm də maddi cəhətdən sizə faydalı olacaq.
Bu problemlərlə üzləşmək istəmirsinizsə, hovuzların təmizlənməsinə xüsusi önəm verməlisiniz.
Fontanların təmizlənməsi
Estetik zövq və sərinlik baxımından məkanların yaraşığı olan fontanlar daim qulluq tələb edir.
Fontanda təmizləyici filtrin olmasına baxmayaraq su zamanla çirklənir. Suda və eləcə də fontanın elementlərində duz, pas və s. çöküntülər yaranır. Bura xarici çirkləndiricilər – çubuqlar, kir, yarpaqlar və s. qoşulur.
Fontanların kasasının, filtrasiya sisteminin və digər elementlərinin, eləcə də suyun təmizlənməsi vacibdir. Fontanların təmizlənməsi vizual və sağlamlıq cəhətdən çox önəmli məsələdir.
Su dipenserinin təmizliyi və dezinfeksiyası
Zahirən bizə təmiz görünən su dispenserlərinin daxilində xeyli sayda bakteriya toplandığını bilirsinizmi?
Suyun keyfiyyəti aşağı səviyyədə olduqda bu çirklənmə daha tez-tez baş verir.
Buna görə də dispenserlər ən azı altı ayda bir dəfə təmizlənməli, dezinfeksiya olunmalıdır.
Dispenserin içi kirec əleyhinə xüsusi vasitə ilə təmizlənir, ozonla dezinfeksiya olunur. Üzəri də yuyucu vasitə ilə yuyulub dezinfeksiya olunur.
Təmiz, keyfiyyətli su içmək istəyirsinizsə, Sanitariya.az şirkətinə müraciət edin. Bütün su qurğularının peşəkar yuyucu vasitələrdən və müasir avadanlıqlardan istifadə edərək, suyun təmiz və şəffaf saxlanmasına xidmət edirik.
Qeyd olunan xidmətlər və digər xidmətlərlə bağlı ətraflı məlumat üçün xidmətlərimiz hissəsinə keçid edə bilərsiniz.