Həşəratlardan necə qorunaq?

Həşərat allergiyası və zəhərlənmə

Havalar istiləndikcə  həşərat sancmalarının sayı da artır. Bu sancmalar bir çox hallarda insanda  allergiya və zəhərlənməyə səbəb olur. Bu hansı qrup insanlardır? Bunun baş verməməsi üçün nə edilməlidir? Daha ətraflı…

Azərbaycanda həşəratların əksəriyyətinin sancması zəhərlənmə vermir, ancaq yerli, lokal allergik və infeksion reaksiyalar verir. Həşərat sancan yerdə ağrı, qızartı, qaşınma və şişkinlik yaranır. İnsanı hansısa həşərat dişləyəndən sonra həmin yerdə qaşınma olur və əllə qaşıyanda yaraya infeksiya düşür. Xüsusən də bu uşaqlarda daha çox olur. Ondan sonra həm allergik reaksiyalar, həm də eyni zamanda həmin hissədə infeksiyalaşmış yara inkişaf edir və insana əziyyət verir.

Allergiya verən həşəratlar

Ağcaqanad, arı, bit, birə, gənə və bəzi milçəklər dişləməsi ilə allergik reaksiyaya səbəb olan həşəratlardır. Hələ bu həşəratlar heyvanların da qanını sorduğu üçün heyvanda olan təhlükəli virusları sancma nəticəsində insana keçirə bilir.

Zəhərlənmə verən həşəratlar

Ağcaqanad, arı, bit, birə, gənə və bəzi milçəklər dişləməsi ilə allergik reaksiyaya səbəb olan həşəratlardır. Hələ bu həşəratlar heyvanların da qanını sorduğu üçün heyvanda olan təhlükəli virusları sancma nəticəsində insana keçirə bilir.

Həşərat sancanda nə etməli?

Ağcaqanad, arı, bit, birə, gənə və bəzi milçəklər dişləməsi ilə allergik reaksiyaya səbəb olan həşəratlardır. Hələ bu həşəratlar heyvanların da qanını sorduğu üçün heyvanda olan təhlükəli virusları sancma nəticəsində insana keçirə bilir.

Hansı ağırlaşmalar ola bilər?

Həşərat sancmasından erkən ağırlaşmalar da ola bilər. Əgər uşaqda ya böyükdə hiperhəssaslıq varsa, ağır allergik və anafilaktik reaksiya da ola bilər. Dərinin səpməsi, qaşınması, dilin, dodaqların, boğazın şişməsi, mədə ağrısı, qusma, qəbizlik müşahidə olunur. Nəfəs darlığı, xırıltı, başgicəllənmə, huşun  itməsi ilə də nəticələnə bilər.

Həşərat zəhərlənməsinin əlamətləri də ürəkbulanma, qızdırma, huşun itirilməsi, qıcolmalar, şok ola bilər. Kəskin təzyiqin düşməsi, ürək fəaliyyətinin zəifləməsi kimi həyatı təhlükəli bir vəziyyət yarana bilər. Belə hallarda dərhal təcili yardım çağırmaq lazımdır. Təcili tibbi müdaxilə olmasa, ölümlə nəticələnə bilər. Əgər siz bilirsiniz ki, arı sancmasına, zəhərinə qarşı həssas reaksiyanız varsa, özünüzdə həmişə xüsusi dərman, adrenalin gəzdirmək lazımdır və arı sancandan dərhal sonra hətta dəri altına həmin adrenalini vurmaqla həmin anafilaktik reaksiyanın qarşısını ala bilərsiniz. Eyni zamanda artıq belə bir hal yaranıbsa, istisaslaşmış reanimotoloq həkim yardım edə bilər.

Həşəratlardan necə qorunaq?

Əgər evdə hansısa həşərat varsa, onlara qarşı dezinseksiya tədbirləri həyata keçirmək lazımdır. Bağ evlərində həşəratlar çox olur. Xüsusilə də Abşeron yarımadasındakı bağlarda. Onlara qarşı profilaktik tədbirlər görülməsi tövsiyə edilir. Həşəratlar həmçinin otlaq, meşəlik, əkin sahələri, heyvanların saxlandığı yerlərdə daha çox olur. Belə ərazilərə gedərkən diqqətli olmaq lazımdır. Örtülü paltar geyinilməlidir. Şalvarın ətəyini corabın içərisinə salmaq və ya uzunboğaz ayaqqabı geyinmək tövsiyə edilir. Bəzən həşəratlar paltarın arasında gizlənərək evə gələ bilirlər. Buna görə də evə qayıdanda paltarları dərhal soyunub yoxlamaq vacibdir. Açıq rəngli paltar geyinmək daha məsləhətdir. Çünki həşəratlar daha yaxşı seçilir. Həmçinin qurudulmaq üçün bayıra sərilmiş paltarı yığarkən yaxşı çırpıb yoxladıqdan sonra evə gətirmək lazımdır.

Related Blog