Gənə haqqında məlumat, gənə nədir?
Gənə haqqında məlumat – Gənələr parazit canlılardır. Onlar insanların, heyvanların və quşların qanı ilə qidalanır.
Gənələrin minlərlə müxtəlif növləri var.
Onlar ağaclarda, kollarda, otlarda, yarpaqların arasında tapılır. Buradan da heyvanların, xüsusilə də it, pişik, at, uzunqulaq, inək, gəmiricilər, sürünənlər və quşların üzərinə daraşır.
Həşəratın 8 ayağı var. Ön ayaqlarında güclü hissiyyat var. Ayaqların uclarda qoxu hissi güclü inkişaf edib. Bundan əlavə ayaqların uclarındakı qarmaq sayəsində asanlıqla dəriyə yapışır.
Gənələrin aktivlik dövrü aprel ayından başlayaraq sentyabra qədər davam edir.
Gənələrin ən kiçiyi 5 mm, ən böyüyü 1,2 sm olur.
Tünd boz, qəhvəyi, qırmızı, qara rənglərdə olur. Qan sorandan sonra rəngi dəyişə bilir.
Gənənin ömrü onun yaşadığı şəraitdən və növlərindən asılıdır. 2-4 il yaşaya bilənlər də var, cəmi bir neçə ay yaşayan da.
Gənələr necə çoxalır?
Gənələr əsasən yumurta qoymaqla çoxalır. Diri balalayan növləri də var. Dişi gənə erkəkdən çox yaşayır. Yumurta qoyduqdan sonra ölür. Erkək isə cütləşmədən sonra ölür. Dişilər yumurtlayan vaxtı öz ölçülərindən dəfələrlə çox qan udur. Onlar erkək olmadan da yumurtlaya bilir. Belə halda yaranan balalar yalnız dişi olur.
Bir dişi gənə həyatı boyunca 100 – 20 min arasında yumurta qoya bilər.
Gənə dişləmələrindən yayılan xəstəliklər
Gənə dişləmələri səbəbindən heyvanlara və insanlara təhlükəli xəstəliklər yoluxa bilər. Bundan əlavə gənə dişləməsinə qarşı allergik reaksiyalar da baş verir.
Gənə vasitəsilə yayılan xəstəliklərin çoxu yüksək qızdırmayla müşahidə olunur. Bunlara lyme xəstəliyi, dönmə qızdırma, tularemi, gənə ensefaliti virusu və müalicəsi olmayan Krım-Kongo qanamalı qızdırma aiddir.
Heyvanlarda gənələr tərəfindən törədilən və yüksək hərarətlə müşahidə edilən prioplazmoz, teylerioz, fransaielloz kimi qan xəstəlikləri geniş yayılıb.
Bilirsinizmi, gənələrin xəstəliklər yaymasına səbəb nədir? Gənənin tüpürcəyində olan və toxumaları həzm edən proteolitik fermentidir. Bu ferment insan və heyvan xəstəliklərinin ötürülməsində mühüm rol oynayır.
Gənə sancdıqda onu bədəndən tez çıxarmaq lazımdır. Bu infeksiyaların qarşısını almaq üçün vacibdir.
Gənələr qanı necə sovurur?
Gənənin ayaqlarının ucundakı qarmaqlar onun ovunun dərisindən yapışaraq möhkəm şəkildə asılı qalmasına imkan verir. Qarmaqları qısa olan gənələr yapışqan maddə ifraz edərək dəriyə yapışır.
Gənələr inkişaf etmiş sancma qabiliyyətinə malikdir. Ağzı ilə ovunun dərisini yırtıraq deşik əmələ gətirir. Qanın laxtalanmasının qarşısını almaq və rahat qidalanmaq üçün yaraya tüpürcək ifraz edir. Gənə sancması ağrı hiss etdirmir. Çünki, onun tüpürcəyinin uyuşdurucu təsiri var. Bu da ona burnunu dəriyə soxaraq ovunun qanını uzun müddət sormasına imkan verir.
Gənələr dəridən necə çıxarılır?
Dərinizə gənə yapışıbsa, qorxmayın. Onu əzməyin. Üzərinə heç nə tökməyin.
Gənənin bədəninə heç vaxt toxunmaq olmaz. Belə hallarda gənə dəridən çıxmağa çalışar, amma udduğu qanı qusa bilər. Bu da onun mədəsindəki təhlükəli virus və mikrobların yaranıza və oradan da orqanizminizə keçməsinə səbəb olar.
Dəriyə yapışmış gənəni ancaq başından tutub çəkib çıxarmaq lazımdır. Bunu maqqaş kimi alətlərin köməyi ilə edə bilərsiniz.
Maqqaşla gənənin başından tutub birbaşa yuxarıya çəkməklə çıxarın.
Gənə dişləyən yeri sabunla yuyun, spirt və yodla təmizləyin.
Gənələrdən qorunmaq üçün nə etməliyik?
Meşəlik, otluq ərazilərdə gənələrin olması mümkündür. Belə yerlərdə bədənin bütün hissələrini örtən paltar geyinin ki, gənə yapışmağa yer tapmasın. Gənə əleyhinə təsirli təbii ətirli vasitələrdən istifadə edin. Ev heyvanlarına gənə qovucu vasitələrdən ibarət boyunbağı asın.
Gənələrlə mübarizə
Gənə ilə yoluxmuş heyvanları içərisinə 1-2 damcı limon, sidr, şam, efir və s. yağlar əlavə olunmuş şampunlarla yuyundurun.
Heyvanların boynuna, qulaqlarının arxasına, ayaqlarına müxtəlif qarışımlar vurmaq olar. Bu gənələri uzaqlaşdırır. Heyvanlar müalicə olunan vaxt eyni zamanda onların olduğu məkanlar da dərmanlanmalıdır.
Bu və digər həşərat və zərərvericilərlə mübarizə haqqında ətraflı məlumat almaq üçün xidmətlərimizi gözdən keçirə və bizimlə əlaqə saxlaya bilərsiniz.