əqrəblərə qarşı mübarizə

Əqrəbləri uzaqlaşdırmağın yolları -deratizasiya xidməti

Əqrəblərlə mübarizə üsulları

Yayın gəlişi əqrəblərin aktivləşməsinə və əqrəb sancmalarının artmasına şərait yaradıb.

Məlumdur ki, əqrəblər əsasən isti ölkələrdə yaşayır. Onlar ən çox dəniz kənarı, qumluq, çox isti yerlərdə olurlar. Gecələr fəallaşan bu canlılar gündüzlər kölgədə, daşların altında, qayaların arasında və digər yerlərdə dincəlirlər.

Bədən ölçüsü 8 mm-dən 23 sm – ə qədər dəyişir. 8 ayağı, uzun quyruğu var.

Əqrəblərin 2 minə qədər növü var. Onlardan 25 növü insan həyatı üçün təhlükəli olan zəhərə sahibdir. Onların zəhərinin gücü yaşadığı yerlərə görə dəyişir. Həm də əqrəb nə qədər susuz qalsa, zəhəri bir o qədər qüvvətli olar.

8 il ömrü var. 25 ilədək yaşayan növünə də rast gəlinib. Yaşayış yerindən və şəraitindən asılı olaraq əqrəblər fərqli rəngdə olurlar. Onların qara, boz, sarı, narıncı, qəhvəyi, yaşıl, bənövşəyi, əlvan rəngli növləri var.

əqrəblərə qarşı mübarizə

Əqrəbin qida menyusu

Əqrəbin əsas qidası qurdlar, hörümçəklər, çəyirtkə, tarakan və digər həşəratlardır. Evinizdə tarakan varsa, əqrəblərin olması ehtimalı da artır. Böyük ölçülü əqrəblər siçan, kərtənkələ və digər canlılarla qidalanır.

Əqrəb ovunu sancaraq zəhərləyir. Zəhəri ilə ovunu iflic edir, sonra öldürərək yeyir. Əqrəblər bir il ac, susuz yaşaya bilir.

 

Əqrəb sancmalarının fəsadları

Əqrəblərin zəhəri bədəninin quyruğa bənzər hissəsində olur.

Əqrəb sancarkən nələr baş verir? Əgər zəif zəhərli əqrəb sancmasına məruz qalıbsınızsa, yarada qızartı və ağrı müşahidə olunur. Amma tez keçir. Ancaq siz zəhərin zəif, yaxud güclü olduğunu bilmirsiniz. Ona görə də mümkün fəsadların qarşısını almaq üçün  mütləq həkimə müraciət etməlisiniz.

Zəhər güclüdürsə, insan ölə bilər. İflic ola bilər. Sancma zamanı bədən hərarətinin və qan təzyiqinin artması, güclü baş ağrısı, başgicəllənmə, titrəmə müşahidə olunur. Əqrəb sancması insanın yaddaşının pozulması, ürək döyüntülərinin artması, ağciyər ödeminə səbəb ola bilər. İnsanın gözünə zəhər düşdükdə yanma və korluğa səbəb olur. Əqrəb sancmasının fəsadları insanın yaşından, sağlamlıq vəziyyətindən də asılıdır. Uşaqlarda, yaşlılarda, xroniki xəstəliyi olan şəxslərdə daha ağır fəsadlar yarana bilər. Həmçinin yaranın insanın hansı orqanına yaxın olması da mühüm rol oynayır.

Qara və əlvan əqrəblər insan həyatı üçün daha təhlükəli hesab olunur. Ölümlə nəticələnən sancmaların əksəriyyəti qara əqrəblərin payına düşür.

 

Əqrəb sancması zamanı ilkin yardım

Əqrəb sancan insana həkiməqədərki müddətdə hansı yardım edilir?

Xəstə hərəkət etməməlidir, uzanmalıdır. Yara yod məhlulu ilə dezinfeksiya olunub bağlanmalıdır. Yaraya buz qoyulması da xeyirlidir. Xəstəyə çoxlu maye verilməlidir. Ağrı güclüdürsə, ağrıkəsici preparat vermək olar.

 

Əqrəbləri necə uzaqlaşdırmaq olar?

Əqrəblərin yaxınlaşmaması üçün aşağıdakı tədbirlər görülməlidir: Ətrafı təmiz saxlayın. Həyətdə, bağda əqrəblərin gizlənməsi üçün basırıqlıq şəraitin olmasına imkan verməyin. Həyətyanı sahədə, bağda işləyərkən əlcək və bağlı ayaqqabı geyinin.

Məkanınızın divarlarında, tavanı və döşəməsində hər hansı bir yırtıq varsa, bağlayın. Əqrəblər içəriyə belə yerlərdən, eləcə də pəncərədən girir.

Əqrəblərin qidası olan həşəratları uzaqlaşdırın. Geyim və ayaqqabılarınızı bayırda saxlamayın. Əgər qalıbsa içəri gətirəndə yaxşı çırpın ki, içində əqrəb gəlməsin.

Əgər məkanınızı əqrəblərdən təmizləyə bilmirsinizsə,  mütəxəssislərə müraciət edin. Onlar uzun müddətli fəaliyyət təcrübələrinə əsaslanaraq, sınanmış vasitələrdən istifadə etməklə sizi əqrəb problemindən xilas edəcəklər. Əqrəblərlə mübarizə üsulları və digər deratizasiya  ximətləri üçün keçid edib daha detallı məlumat ala bilərsiniz.

 

 

 

 

Related Blog