Dezinfeksiya nədir – Dezinfeksiya yoluxucu xəstəliklərin törədiciləri olan viruslar, bakteriyalar, göbələklər, digər patogen mikroorqanizmlərin və toksinlərin məhv edilməsi üçün həyata keçirilən tədbirlərdir.
Dezinfeksiya tədbirləri yoluxucu xəstəliklərin yayılmasının qarşısını almaqla, insanların təhlükəsizliyini qorumaq məqsədi daşıyır. Yayılmış infeksiyaları məhv etmək, həmçinin xəstələrdən sağlam insanlara yoluxma riskinin qarşısını almaqdır.
Pandemiya dövründə dezinfeksiya tədbirlərinin əhəmiyyəti daha da artır.
Dezinfeksiya tədbirlərinin aşağıdakı növləri var:
Profilaktik və fokal dezinfeksiya.
Profilaktik dezinfeksiyanın da üç növü var:
Planlaşdırılmış profilaktik dezinfeksiyaya əllərin yuyulması, nəm təmizləmə, kimyəvi yuyucu vasitələrlə əşyaların, mebellərin təmizlənməsi, həmçinin müxtəlif məkanların dezinfeksiyası aiddir.
Epidemioloji səbəblərə görə mühafizə obyektlərində profilaktik dezinfeksiya təhlükəli yoluxucu xəstəliklər qeydə alındıqda müəyyən ərazilərin dezinfeksiyasını nəzərdə tutur.
Fərqli funksional təyinatlı dezinfeksiya xidməti yoluxucu xəstəliklərin yayılması ehtimalı olduqda çox sayda insanları birləşdirən bir neçə obyektlərdə profilaktik dezinfeksiyanı nəzərdə tutur.
Aşağıdakı məkanlarda mütəmadi olaraq profilaktik dezinfeksiya aparılmalıdır:
Restoran, kafe, hamam, sauna, hovuz, gözəllik salonları, bərbərxanalar, təhsil, tibb (həmçinin morqlar), kurort – sanatoriya müəssisələri, kinoteatrlar, otellər, ictimai nəqliyyat, metrostansiyalar, qatarlar, avtobuslar, təyyarələr, hava limanı, marketlər, qida sənayesi müəssisələri, ictimai iaşə obyektləri, emal və sənaye müəssisələri, su mənbələri və hövzələri, içməli su qurğuları və s.
Yoluxucu xəstəlik aşkar edildikdə fokal dezinfeksiya aparılır. Fokal dezinfeksiyanın da iki mərhələsi mövcuddur:
Yoluxucu xəstəliyin bütün dövründə müntəzəm olaraq aparılan müntəzəm dezinfeksiya;
Xəstə sağaldıqdan və ya öldükdən sonra həyata keçirilən son dezinfeksiya. Tibb müəssisələrində bu iş ixtisaslaşmış təşkilatların nümayəndələri və tibb işçiləri tərəfindən aparıla bilər. Evlərdə isə ailə üzvləri həkim təlimatına uyğun edə bilər. Amma yaxşı olar ki, bu iş peşəkarlara həvalə edilsin.
Dezinfeksiya metodları
Dezinfeksiya nədir və nə əhəmiyyəti var mövzusu ilə bağlı danışırıqsa burada dezinfeksiyanın metodlarından da danışmalıyıq.
Dezinfeksiya tədbirləri aşağıdakı metodlarla aparılır.
Mexaniki dezinfeksiya metoduna nələr aiddir? Məkanda havalandırma aparılır. Hava dəyişilir. Səthlər, əşyalar quru və nəm təmizləmə ilə təmizlənir. Paltarlar yuyulur. Virusla yoluxmuş tullantılar zərərsizləşdirilir, hava və içməli su filtrlənir.
Mexaniki dezinfeksiya üsulu çox da effektiv deyil. Ona görə də bu üsul adətən fiziki və kimyəvi üsullarla birlikdə həyata keçirilir.
Fiziki dezinfeksiya yüksək temperatur, ultrabənövşəyi radiasiya lampaları vasitəsilə xəstəlik törədən mikroorqanizmlərin məhv edilməsini nəzərdə tutur. Bu üsulda hava elektrik ultrabənövşəyi lampalarla təmizlənir. Xəstənin paltarları, yataq dəsti 2 saata qədər qaynadılır, qulluq əşyaları sulu soda ilə dezinfeksiya olunur. Əşyaların buxarla dezinfeksiyası da bu metoda addir.
Fiziki metod həm effektiv, həm də ekoloji cəhətdən təmiz üsuldur.
Bioloji dezinfeksiya üsulu ilə məişətdə istifadə olunan, içməli və ya çirkab sular mikroorqanizmlərdən təmizlənir.
Bu zaman suya insan sağlamlığı üçün təhlükəsiz olan xlor tərkibli kimyəvi birləşmələr qatılır.
Kimyəvi dezinfeksiya kimyəvi vasitələrdən, antiseptiklərdən istifadə etməklə havada və səthlərdə olan patogenlərin (xəstəlik törədicilərin) məhv edilməsidir.
Bu vasitələrə hidrogen peroksid, xlor tərkibli preparatlar, spirtlər, natrium hipoxlorid, sirkə turşusu və digərləri aiddir.
Kimyəvi dezinfeksiyadan tibb müəssisələrində daha geniş istifadə olunur. Xəstə əşyaları, yataq dəstləri, paltarlar dezinfeksiya kameralarında kimyəvi dezinfeksiya olunur.
Mənzillər, bağ evləri, hovuzlar, xidmət və iaşə obyektləri və digər müəssisələr kimyəvi dezinfeksiya ilə təmizlənir.
Kombinə (birləşmiş) edilmiş dezinfeksiya bir neçə metodun birlikdə tətbiq edilməsidir.
Yandırma biotəhlükəli tullantıların yandırılaraq tamamilə məhv edilməsi üçün istifadə olunur.
Sulama səthlərdə, divarlarda, döşəmələrdə, nəmə davamlı mebellərdə patogen mikroorqanizmləri yumaqla məhv etmək üsuludur.
Uzunmüddətli islatma üsulunda alətlər qapalı qablarda dezinfeksiyaedici məhlullarda 2 saat saxlanılır.
Tibbdə dezinfeksiya xidmətinə xəstələrlə təmasda olan əşyaların, alətlərin, məhsulların, avadanlıqların hissələrini sterilizasiya prosesi aiddir.
Dezinfeksiya prosesində xüsusi geyimlərdən, hava keçirən maskalardan, respiratordan, eynəklərdən, rezin əlcəklərdən istifadə olunmalıdır. Xüsusilə də kimyəvi vasitələrlə işlədikdə.
Artıq dezinfeksiya nədir nə əhəmiyyəti var və harada necə və nə vaxt aparılmaldır sualına cavab tapdıq.
Dezinfeksiya xidməti bu sahədə ixtisaslaşmış həm dövlət, həm də özəl təşkilatlar tərəfindən həyata keçirilir.
Dezinfeksiya xidmətləri ilə bağlı ətraflı məlumat ala, yaxud bizimlə birbaşa əlaqə saxlaya bilərsiniz.