+994709110088 office@sanitariya.az
February 17, 2022 - TARAFINDAN yönetim

Yaşayış binalarında Tarakan və siçanlar sakinləri narahat edir.

Yaşayış binalarında Tarakan və siçanlar sakinləri narahat edir. Həm yeni həmdə köhnə tikili binaların ətrafında olan zibil konteynerləri , zirzəmilər, lift şaxtaları ve istifadə olunan bloklar həşərat və gəmiricilərin yayıldığı yerlərdir. Bloklarda olan Milçək və ağcaqanad problemləri də az deyil. Əlbəttə ki, bir çoxları həşəratlardan qurtulmaq üçün bəzi vasitələrdən istifadə edirlər. Lakin effekti olmur. Peşəkarlarla bu problemləri necə həll edir? “Sanitariya Epidemioloji Xidmətlər” MMC Həkim Epidemioloq Elmira Əkbərova Elmira Əkbərova: Mənzillərə qədər gəlib çıxan həşərat və gəmiricilər özləri ilə birgə virus bakteriya və infeksion xəstəlikləri yayırlar. Ziyanvericilərdən qurtulmaq üçün ilk öncə əraziyə baxış keçirilir və riskli yerlər aşkar olunur. Ümumi istifadə edilən Bloklar yuxarıdan aşağıya qədər işlənilir. Künclər və həşəratların yuva saldığı gizlin nöqtələr dərmanlanır. Bundan başqa Binanın ətrafına baxış keçirilir. Zirzəmilərə giriş qapı və kicik pəncərələr çox vaxt acıq olur. Buna görədə bu hissələrdə siçan və siçovullara qarşı dərmanlar yerləşdirilir. Yaxınlıqda yerləşən Zibil tullantı yeri və konteynerlər həşəratlara qarşı dezinseksiya olunur. Siçan və siçovullara qarşı isə deratizasiya tədbirləri həyata keçirilir. Beləliklə həşərat və gəmiricilər tamamilə məhv olur. Tarakan və siçan problemlərini həll etmək üçün bu sahənin peşəkarlarına müraciət edə bilərsizniz. Görülən işin effektinə zəmanət verilir.