Ev-heyvanlarinda-bit-birə-ilə-mubarizə-

Ev heyvanlarını bit,birədən necə qoruyaq?

Ev heyvanlarında bit, birənin olduğunu necə bilmək olar?

Heyvan tez-tez dərisini qaşıyıb dişləməyə çalışırsa, həmçinin özünüzün ayaqlarınızda səpgilər və şiddətli qaşınma varsa, şübhələnməyə əsas var. Heyvanın tüklərini yaxından yoxladıqda, bit və yumurtalar asanlıqla aşkar edilə bilər. Birələr bitlərdən fərqli olaraq tullanırlar. Onları görmək çətin ola bilər. Onların varlığını yuxarıda sadalanan əlamətlərdən bilmək olur. Həşəratlara əsasən heyvanın baş, çiyinlər, boyun, qulaq, göz ətrafında və quyruq nahiyəsində rast gəlinir.

Bit, birə ev heyvanlarına hardan yoluxur?

Ev heyvanları çöldən və ya digər heyvanlarla təmas yolu ilə evə bit, birə gətirə bilər. Zirzəmilər, çardaqlar kimi qaranlıq yerlərdən götürülmüş əşyalar, köhnə mebellərlə də evə birə gələ bilər. Ev heyvanlarında bit, birənin yayılma səbəblərindən biri də çöldən  evə gələn insanların ayaqqabısında bu zərərvericilərin gəlməsidir. Bu əsasən bina evlərində çox olur, çünki, ayaqqabılar içəridə soyunulur. Bir-iki dənə gələn həşərat belə heyvanlara yayıla bilər.

Bit, birənin ev heyvanalarına zərərləri

Bit, birələr çox qısa zamanda yayıla və aşırı dərəcədə çoxala bilər. Bu da heyvanlarda dəri xəstəliklərinə gətirib çıxara bilər. Bit, birə qaşınmalar verir. Bu da heyvanlar tərəfindən qaşınaraq hər hansı bir infeksion xəstəliklər yarada bilər.

Zərərvericilər heyvanda tük tökülməsi, kəpək, ikincili bakterial dermatit və çəki itkisinə səbəb olur. Heyvanda iştahsızlıq, narahatlıq, qıcıqlanma və durğunluq müşahidə oluna bilər. Heyvanlar qaşınma və qıcıqlanma səbəbindən tüklərini yalayır və bədənlərini divara sürtür, yaralanmalar baş verir.

Bit, birə dişləməyi ilə heyvan birbaşa həyatını itirməsə də, onların fəsadları nəticəsində yaranan xəstəliklərdən ölümlər müşahidə oluna bilər.

Bit, birələrə qarşə profilaktik tədbirlər

Ev heyvanlarını bit, birədən qorumaq üçün onları yoluxmuş heyvanlardan uzaq tutmaq lazımdır.

Çöldən evə gəldikdə paltarınızı silkələmədən evə girməyin. Xüsusilə heyvanların çox olduğu ərazidən, zirzəmi, anbar, otluq və meşəlik ərazidən gəlirsinizsə.

Birələr günəş işığını sevmirlər. Havalı, işıqlı yerlərdə yaşaya bilməzlər. Evinizə həmişə təmiz hava, günəş girməsini təmin edin.

Birə lavanda, ağardıcı, sirkə kimi kəskin qoxuları sevmir. Çarpayınıza və yastıqlarınıza lavanda damcıladın, küncləri ağardıcı və ya sirkəli su ilə silin.

Heyvana müntəzəm qulluq edin və peyvənd vurdurun. Zərərverici həşəratların yayılmasının qarşısını almaq üçün bir neçə gündən bir, yaxud ayda bir dəfə, iki aydan bir profilaktik olaraq dərmanlama işləri aparılmalıdır. Heyvanın üzərinə bitin, birənin düşməməsi üçün boynuna xüsusi dərmanlı boyunluqlar asmaq lazımdır. Boyunluğun qoxusuna görə bit, birə heyvana yaxın gəlmir.

Yoluxmadan sonra necə müalicə olunmalıdır?

Ev heyvanı zərərverici həşəratlarla yoluxubsa, bunun  öz-özünə yox olacağını düşünməyin. Heyvanı veterinar həkimə aparın. Həkim xüsusi dərmanlar və şampunlar tətbiq etməklə heyvanın təmizlənməsinə kömək edəcək. Preparatların effektiv təsir göstərməsi üçün dərmanlamanı təkrar etmək lazımdır. Biti, birəsi çox olan heyvanı bir dəfə dərmanlamaqla nəticə ala bilmərik. Çünkü həşərat öldükdən sonra yumurtaları qalır və yenidən çıxa bilər. Təkrarlama vaxtlarını həkim təyin edir.

Həşərat əleyhinə dərmanların heyvana zərəri varmı?

Bit, birə dərmanlarında zəif dozda zəhər var. Dərmanlar heyvan sağlamlığı üçün təhlükəli ola bilər. Zəhərlənməyə səbəb olar. Ona görə də dərman preparatlarının həkim məsləhəti və nəzarəti olmadan qəbulu heyvanın sağlamlığı, həyatı üçün təhlükəlidir.

Yoluxmuş ev necə təmizlənməlidir?

Ev heyvanları bit, birəyə yoluxubsa, onların yaşadığı evə də bu zərərvericilər yayılır. Heyvanın yatdığı yerlərdə həşərat olur. Biz heyvanı təmizlədikdən sonra, yenidən yoluxacaq. Ona görə də müalicə kompleks şəkildə aparılmalıdır. Heyvan müalicə olunmaqla yanaşı, evdə də xüsusi maddələrlə dezinseksiya tədbirləri həyata keçirilməlidir.  

Birə ilə mübarizənin ən təsirli həlli, şübhəsiz ki, gündə 2-3 dəfə evi süpürmək və silməkdir. Təmizlədiyiniz suya sirkə, çay ağacı yağı, lavanda və ya limon suyu əlavə etməklə də birələri evinizdən uzaqlaşdıra bilərsiniz.  

Evi, eləcə də divan, kreslo, mebellərin altı və künclər kimi qaranlıq, birələrin gizlənə biləcəyi yerləri güclü  tozsoranla təmizləməlisiniz. Tozsoranda yığılmış zibilləri həmən torbaya boşaldıb çöldəki zibilliyə atın.

Birələr isti suya dözmür. Həm yumurtalarından, həm də özlərindən xilas olmaq üçün paltarlarınızı, dəsmallarınızı və yataq dəstinizi isti su ilə yuyun və  günəş işığında, yaxud da quruducuda qurudun.

Problem davam edərsə, zərərvericilərə qarşı mübarizə üçün peşəkar kömək axtarın. Şirkətimiz bu işdə də peşəkar xidmətini təklif edir.

Related Blog