Meyvə bağlarında, tarlalarda, həyətyanı sahələrdə, restoranların həyətində və digər təbiət qoynu olan ərazilərdə alaq otları və qamışlar bitir. Həmçinin tamet daşlarının arasından da çıxa bilir.
Alaq otları necə yayılır?
Alaq otlarının toxumları əraziyə qum və torpaq daşınarkən, onların tərkibində gəlir. Həmçinin suvarma suyu ilə də yayılır. Otlayan heyvanlar da alaq otlarının yayılmasına səbəb olur. Heyvanların ağzında, yaxud da nəcisində yayıla bilir.
Bitkilər suvarıldıqda və gübrələrlə qidalandırıldıqda onların yaxınlığında olan alaq otları da sürətlə çoxalır. Yabanı bitkilər ağaclarla paralel olaraq inkişaf edir.
Alaq otlarının zərərləri
Sürətlə böyüyən yabanı bitkilər geniş ərazilərə yayılır. Qalınlaşmış yabanı bitkilərin arasına müxtəlif zərərvericilərin toplaşması üçün şərait yaranır.
Yabanı bitkilər ərazinin estetik görünüşünə xələl gətirməklə yanaşı, becərilən gül-çiçəyin, ağacların və digər mədəni bitkilərin normal inkişafına mane olur. Bağlarda su və qida maddələrini mənimsəyərək ağacların zəifləməsinə, məhsuldarlığın azalmasına səbəb olur.
Alaq otlarının arasına zərərvericilər toplaşdığı üçün mədəni bitkiyə xəstəlik keçməsinə səbəb olur. Yabanı bitkilər məhsul yığımını da çətinləşdirir.
Alaq otlarının növləri
Alaq otlarının çox sayda növü var. Birillik və çoxillik olur. Həmçinin onların forması da fərqli olur. Enli və ensiz yarpaqlı, soğanaqlı növləri var. Onlara qarşı mübarizə üsulları da fərqli olur.
Alaq otlarına qarsı mubarize üsulları
Alaq otlarına qarsı mubarize – Yabanı bitkilərlə mübarizənin effektli olması üçün onların inkişaf dövrünü bilmək vacibdir. Bölgəyə görə inkişaf dövrü fərqli ola bilir.
Yabanı bitkilərlə mübarizə 4 üsulla aparılır: mədəni, mexaniki, bioloji və kimyəvi üsullar.
Mədəni Tədbirlər
Alaq otlarının toxumları suvarma suyu ilə daşınaraq yeni düşdüyü yerdə bitə bilir. Buna diqqət etmək lazımdır. Bundan əlavə bağlarda alət və maşınlardan istifadə olunur ki, bu cihazların müəyyən hissələrində alaq otları və onların toxumları ilişib qala bilir. Bu qalıqların yeni ünvanda bitməsinin qarşısını almaq üçün işə başlamazdan öncə cihazları təmizləmək vacibdir.
Təsərrüfat peyininin tərkibində də alaq otlarının toxumları olur. Bəzi alaq otlarının toxumları heyvanların həzm sistemindən keçdikdən sonra da öz həyat qabiliyyətini itirmir. Ona görə də yanmış təsərrüfat peyinindən istifadə etmək lazımdır.
Mexaniki Tədbirlər
Alaq otları az olarsa, onları əl ilə çıxarmaq olar.
Mexaniki mübarizə üsuluna həm də otlarının biçilməsi aiddir. Ancaq biçim alaq toxumlamadan əvvəl həyata keçirilməlidir. Çünki toxum torpağa düşəndə yenidən cücərir. Biçindən sonra alaq otlarının köklərini toplayıb məhv etmək lazımdır. Torpağa düşən toxumlarla mübarizə aparmaq üçün ərazi sulanır ki, onlar cücərsin. Səthə çıxan alaqlar yenidən toxum qoymamış məhv edilir.
Alaq otlarını məhv etmək üçün onların üzərinə işıq keçirməyən, məsələn, qara plastik kimi materiallarla örtmək olar.
Ağaclar arasında və ya tarlalarda alaq otlarını yandırmaq da olar. Bu zaman yanğının mədəni bitkilərə keçməməsinə diqqət etmək lazımdır. Yandırma həmçinin ekoloji tarazlığın pozulmasına da təsir edir.
Alaq otları ilə mübarizə məqsədilə torpaq bir müddət su altında saxlanılır. Su altında qalan bitki havadan məhrum olduğuna görə məhv olur.
Bioloji Mübarizə
Alaq otlarının təbii düşməni olan böcək, xəstəlik və ya bitkidən istifadə edilir.
Digər bitkini artırmaq və onu alaq otuna tərəf yönəltmək lazımdır. Məsələn, alaq otlarını məhv etmək üçün çiyələkdən istifadə etmək olar. Çiyələk kolları ilə örtmək torpaqdakı alaq problemini həll edir.
Kİmyəvi tədbirlər – alaq otlarına qarşı dərmanlama
Bu metodla alaq otlarını məhv etmək, onların böyüməsinin qarşısını almaq üçün herbisidlərdən istifadə olunur.
Kimyəvi tədbirlər iki müxtəlif dövrlərdə həyata keçirilir. Birinci dərmanlama otlar torpaqdan çıxana qədər, ikinci isə çıxdıqdan sonra aparılır.
Yazda otlar çıxmazdan əvvəl, bağ şumlandıqdan, çör – çöpdən təmizləndikdən sonra, torpaq nəmli olarkən dərmanlama həyata keçirilir. Bu dərmanlama illik alaq otlarına qarşı mübarizə üçün istifadə olunur. Alaq otları torpaqdan çıxdıqdan sonra aparılan dərmanlama həm birillik, həm də çoxillik alaq otlarına qarşı mübarizədə effektlidir.
Dərmanlama üçün optimal hava şəraiti
Bu dərmanlamanı alaq otlarının sürətli böyüməsi zamanı, günəşli və küləksiz hava şəraitində aparmaq lazımdır. Havanın temperaturu dərmanların effektivliyinə təsir göstərir. Dərmanlama üçün optimal hava şəraiti 8 C-dən aşağı və 25 C-dən çox olmayan temperaturdur.
Çiləmə sakit havada aparılmalıdır. Buludlu, küləkli, yağışlı günlərdə çiləmə olmaz. Çiləmədən sonra ən az bir saat yağış olmasa yaxşıdır. Yağış dərmanın təsirini zəiflədir.
Dərmanlama zamanı nələrə diqqət etməli?
Dərmanlama zamanı bəzi məqamlara diqqət edilməlidir. Belə ki, kimyəvi dərmanları çiləyən zaman mədəni bitkilərin çiçək və yarpaqlarına dəyməməsinə diqqət edilməlidir. Xüsusilə də 4 ildən az yaşı olan kol və ağacların qorunması vacibdir.
Alaq otlarını dərmanlama xidməti
Şirkətimiz alaq otları və qamışların kimyəvi üsulla məhv edilməsini həyata keçirir. Biz bu işi bağçalarda, həyətyanı sahələrdə, restoranların həyətlərində, tamet daşların arasında və digər yerlərdə yüksək keyfiyyətlə həyata keçiririk. Tətbiq etdiyimiz dərmanlar alaqları məhv edir, mədəni bitkiyə isə zərər vermir. Qeyd olunan proseslərin hər biri ilə daha geniş tanış olmaq üçün fitosanitar xidmət hissəsinə keçid edə bilərsiniz