+994709110088 office@sanitariya.az
March 04, 2022 - TARAFINDAN yönetim

Nağd puldan kütləvi istifadə olunan məkanlarda Covid 19 infeksiyasıəleyhinə qaydalar (sanitariya.az)

Nağd puldan kütləvi istifadə olunan məkanlarda Covid 19 infeksiyası

əleyhinə qaydalar.



Bank Sektorunda Super Market kassalarında və digər nağd puldan kütləvi istifadə edilən yerlərdə Covid 19 infeksiyası və onun mutasiya etmiş formaları əhali arasında yayıla bilər. Nağd Pullar infeksion xəstəliklərin yayılmasına səbəb olan amildir. Mikroskop altında baxdıqda mikrob və bakteriyalar görünür. Hətta pullardan gələn pis qoxuda hiss olunur. Kassalarda insanlar yaxından təmasda olduğu üçün məsafə saxlamaq mümkün olmur. Buna görədə müştərilərə xidmət etdikdə qoruyucu şüşələr quraşdırılmalıdır. Şüşə qoruyucular insanlar arasında baryer rolunu oynayır.Bundan başqa əllərini pula vurduqdan sonra olaraq üzünə gözünə burnuna ağzına vurur. Əlbəəti ki belə hallar istəmədən baş verir. Bir vərdiş kimidir. Pandemiya dövründə bu çox təhlükəlidir. Bunun üçün əlcəklərdan istifadə edərək mikrobların əlinizə keçməsinin qarşısını ala bilərsiniz. Bundan başqa dezinfeksiya edici spreylər vəya dezinfeksiya edici salfetlər istifadə edərək əlinizi mikroblardan təmizləyə bilərsiniz. Tez-tez əllərinizi sabunla yumaq tövsiyyə olunur. Əməkdaşların növbə dəyişmə prosesində, işə başlamaqdan əvvəl əl ilə təmas olan əşyalar spirt və dezinfeksiya edici salfetlər istifadə edərək təmizləmələri vacibdir. Əgər əməkdaşlar arasında infeksion xəstəliyə şübhə şübhə olan şəxs aşkar edilərsə , həmin şəxsi izolyasiya edib uzaqlaşdırmaq lazımdır. Sonra müəssədə dezinfeksiya tədbirləri görülməlidir. Qaydalara əməl etməklə infeksion xəstəliklərin əhali arasında yayılmasının qarşısını almış oluruq.


Video məlumat